"FAB Şirkətlər Qrupu"- komandamıza Lənkəran və Sabirabad bölgələri üzrə "Bölgə Müdiri" vəzifəsinə vakansiya elan edir!
İş şəraiti
- Şirkət: FAB Group / OMİD MMC
- İş qrafiki: Həftənin 6 günü, 08:00 – 17:00
- Əməkhaqqı: 2500 AZN (yemək, yanacaq və amortizasiya xərcləri daxildir) + nəticəyə əsaslanan bonus sistemi
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin məhsul və xidmətlərini müştərilərə peşəkar şəkildə təqdim etmək;
- Satış nümayəndələrindən ibarət komandanın fəaliyyətini planlamaq, onları motivasiya etmək və nəticələrə nəzarət etmək;
- Mövcud müştəri bazasını inkişaf etdirmək və müştəri məmnuniyyətini qorumaq;
- Satış proseslərinin təhlilini və sənədləşmənin idarə edilməsini təmin etmək;
- Həftəlik və aylıq satış hesabatlarını vaxtında hazırlamaq;
- Müştəri debitor borclarını izləmək və ödənişlərin vaxtında daxil olmasını təmin etmək;
- Komanda daxilində iş proseslərinin səmərəli təşkilini və planlaşdırılmasını həyata keçirmək.
Namizədə olan tələblər:
- Şəxsi avtomobilin olması mütləq şərtdir;
- Yaş həddi: 25 – 45;
- Satış sahəsində ən azı 5 il iş təcrübəsi;
- Komanda idarəçiliyi və bölgə satış meneceri vəzifəsində təcrübənin olması üstünlükdür;
- Yüksək liderlik və komandanı idarəetmə bacarığı;
- Özünü inkişaf etdirməyə meylli və nəticəyönümlü yanaşma;
- Dəqiqlik, intizam və işə məsuliyyətli münasibət;
- Satış göstəricilərini təhlil etmək və analitik məlumatlara əsaslanaraq fəaliyyət planları qurmaq bacarığı;
- Vaxtı düzgün idarə etmək və tapşırıqlar arasında prioritetləri müəyyənləşdirmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində "Bölgə Müdiri – Lənkəran/Sabirabad" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.