Təsvir
- Elektrik sistemlərin, cihazların və komponentlərin müntəzəm olaraq yoxlanılması, profilaktik baxımın aparılması və təmiri;
- Elektrik təhlükələrin və kənarlaşma hallarının müəyyən edilməsi;
- Elektrik sistemdə olan nasazlıqların və uyğunsuzluqların aradan qaldırılması;
- Müvafiq elektrik cizgilərin oxunması, cizgilərə uyğun olaraq avadanlıqların və xətlərin müəyyən edilməsi;
- Elektrik sistemlərin və avadanlıqların müvafiq ölçmə və sınaq alətləri vasitəsi ilə sınaq edilməsi;
- Aşınmış avadanlıqların təmiri və bərpa edilməsi;
- Elektrik avadanlıqların dəyişdirilməsi üçün təkliflərin verilməsi;
- Elektrik işlər üzrə hesabatların hazırlanması və təqdim edilməsi;
- Yeni elektrik avadanlıq və cihazların quraşdırılması;
- Əmək təhlükəsizlik qaydalarına və fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi.
Tələblər
- Müvafiq sahə üzrə peşə və ya Ali təhsil;
- Elektrik ixtisas sertifikatı;
- Müvafiq sahə üzrə (elektrik) minimum 3-5 il təsdiqli iş təcrübəsi;
- Yaşayış və kommersiya ərazilərinə dair elektrik standartlar və tələblər üzrə əsaslı biliklər;
- Əla fiziki sağlamlıq və yüksəklikdə iş bacarığı;
- Yaxşı ünsiyyət və hesabat bacarıqları;
- Fövqəladə və qəza hallarında səriştəli hərəkət etmək bacarıqları.
Vakansiya haqqında
- Son tarix fevral 7, 2025
- Paylaşılıb dekabr 29, 2024
- Vakansiya növü Tam ştat
Qeyd: İş yeri Qaladadır.