Təsvir
- Şirkətin fəaliyyət istiqamətləri üzrə daxili tənzimləyici sənəd və müqavilə layihələrinin hazırlanması və hüquqi ekspertizasının aparılması;
- Daxil olan qərar, əmr, sərəncam, müqavilə, məktub və digər sənədlərin qanunvericiliyə və daxili normativ aktlara uyğunluğunun yoxlanılması, hüquqi rəy və təkliflərin hazırlanması;
- Struktur bölmələrdən daxil olan yazılı və şifahi sorğulara cavab verilməsi, hüquqi dəstəyin göstərilməsi və metodiki köməklik;
- Hüquqi təminat, təhlil və ekspertiza sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi ilə bağlı təkliflərin hazırlanması;
- Məhkəmə işlərinin təhlili, icmallaşdırılması və nəticələr barədə hesabatların təqdim edilməsi;
- Komplayens prosedur və metodologiyaların hazırlanması, risklərin müəyyənləşdirilməsi və aradan qaldırılması üzrə nəzarətin həyata keçirilməsi;
- Biznes və inzibati proseslər üzrə boşluqların və təkmilləşdirmə ehtiyaclarının müəyyən olunması, müvafiq təkliflərin hazırlanması;
- Qanunvericilik dəyişikliklərinin izlənilməsi və biznes proseslərə təsiri barədə rəhbərliyin məlumatlandırılması;
- İş planlarının (aylıq, rüblük, illik) hazırlanması və icrası;
- Əməkdaşların tənzimləyici sənədlər üzrə məlumatlılığının artırılması, təlimlərin təşkili;
- Müqavilə və digər sənədlərin qeydiyyatı, sistemləşdirilməsi və hesabatlılığın təmin edilməsi.
Tələblər
- Hüquq, idarəetmə, uyğunluq və ya əlaqəli sahədə ali təhsil;
- Komplayns sahəsində minimum 3-5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının hüquqi bazası haqqında biliklər;
- ISO 41001 və ya digər idarəetmə sistemləri üzrə biliklər üstünlükdür;
- Analitik düşüncə, detallara diqqət və güclü təşkilati bacarıqlar;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- İngilis dili biliyi (arzuolunandır).
Nə təklif edirik?
- Bazar rəqabətinə uyğun əmək haqqı;
- Könüllü tibbi siğorta;
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- Peşəkar komanda ilə işləmək fürsəti;
- İşçinin inkişafı üçün təlim, tədris proqramları.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.