İcarə üzrə mütəxəssis

  • Deadline 20 Mart 2026

Şirkətimiz kommersiya, ofis və yaşayış sahələri üzrə icarə proseslərinin effektiv idarə olunmasını təmin edəcək İcarə üzrə mütəxəssis axtarır. Namizəd yeni icarəçilərin cəlb olunmasını və mövcud icarəçilərlə işin koordinasiyasını həyata keçirəcək. O, müştəri müraciətlərinin operativ həllini təmin edəcək, aidiyyəti şöbələrlə əməkdaşlıq edəcək və debitor borcların nəzarətdə saxlanılmasına dəstək verəcək.

Vəzifə öhdəlikləri

  • Kommersiya, ofis və yaşayış sahələri üzrə yeni icarəçilərin cəlb edilməsinin təmin edilməsi;
  • Mövcud icarəçilərlə münasibətlərin davamlı və müsbət istiqamətdə inkişaf etdirilməsi;
  • İcarə portfeli üzrə gəlirlərin artırılmasına yönəlmiş təşəbbüslərin irəli sürülməsi və həyata keçirilməsi;
  • Müştəri bazasının formalaşdırılması və müştəri xidmətinin yüksək səviyyədə saxlanılmasının təmin edilməsi;
  • Daxil olan müraciət və şikayətlərin peşəkar şəkildə araşdırılması və müvafiq həll təkliflərinin hazırlanması;
  • Debitor borcların mütəmadi izlənilməsi və portfel üzrə borc səviyyəsinin minimum həddə saxlanılmasının təmin edilməsi.

Tələblər

  • İqtisadiyyat, Biznesin idarə edilməsi, Kommersiya, Marketinq və ya digər uyğun sahələr üzrə ali təhsil;
  • Xidmət satışı sahəsində minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək, ingilis dili biliyi arzu olunandır;
  • MS Office proqramları üzrə biliklər;
  • Analitik hesabatların hazırlanması bacarığı;
  • Məsuliyyətlilik, təşkilatçılıq və qərarvermə bacarıqları;
  • Effektiv ünsiyyət və komanda ilə işləmək bacarığı.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • "Dəyərlisən” PASHA loyality proqramına üzvlük
  • Könüllü tibbi sığorta
  • Korporativ tədbirlər
  • Şəhərin mərkəzində ofis
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları
  • Rəqabətli əmək haqqı və bonus sistemi

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily13
  • Weekly590
  • Monthly1886