Facility Management Group Facility Management Group
  • 993

İnşaat mühəndisi/Sahə rəhbəri

İnşaat mühəndisi/Sahə rəhbəri

  • Deadline 15 Sentyabr 2025

Nə təklif edirik?

  • Bazar rəqabətinə uyğun əmək haqqı;
  • Könüllü tibbi siğorta;
  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
  • Peşəkar komanda ilə işləmək fürsəti;
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları. 

Vəzifə öhdəlikləri:

  • Sahədə iş proseslərinin düzgün idarə olunmasını təmin etmək;
  • İşçi heyətinə rəhbərlik etmək və onların fəaliyyətini koordinasiya etmək;
  • İşin keyfiyyətini və təhlükəsizlik qaydalarına uyğunluğunu təmin etmək;
  • Layihələrin vaxtında və keyfiyyətli icrasına nəzarət etmək;
  • Resurslardan səmərəli istifadə olunmasını təşkil etmək;
  • Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Müvafiq dövlət qurumları və tərəfdaşlarla əməkdaşlıq etmək.

Tələblər:  

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – arzuolunandır;
  • Kompüter bacarıqları: MS Office, Autocad;
  • Tikinti normalarına dair biliklər;
  • Yüksək səviyyədə ünsiyyət və komandada işləmək bacarığı.

Qeyd olunan tələblərə uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Daxil olan müraciətlər dəyərləndiriləcək və yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır

  • Daily0
  • Weekly221
  • Monthly221