Təsvir
- Avtomobillərin icbari və kasko sığortalarının, texniki baxış və DYP qeydiyyat işlərinin icrası;
- Avtomobillərin GPS sisteminə nəzarət edilməsi və sürücülərin işinin idarə olunması;
- Yanacaq sifarişlərinə nəzarət və təminat işlərinin aparılması;
- Ezamiyyə sifarişlərinin təşkili, onların uçotu və hesabatlarının hazırlanması;
- Taksi və yük taksi xidmətinin sifarişlərinin təşkili;
- Rəhbərin digər müvafiq tapşırıqlarının icra edilməsi;
- Ofis daxilində yaranan texniki nasazlıqların aradan qaldırılması.
Tələblər
- Ali təhsil.
- Müvafiq sahədə ən azı 1-3 il iş təcrübəsi;
- MS Office proqramları (Word, Excel, Outlook) ilə yaxşı səviyyədə işləmə bacarığı;
- Sənədləşmə və hesabatların hazırlanması üzrə təcrübə;
- Nəqliyyatın idarə edilməsi, sığorta, texniki baxış və qeydiyyat prosesləri barədə bilik;
- GPS sistemlərindən istifadə və nəzarət bacarığı;
- Güclü yazılı və şifahi ünsiyyət bacarığı. Komanda ilə effektiv əməkdaşlıq qura bilmək;
- Qəflətən yaranan problemlərə operativ və yaradıcı həll yolları tapmaq. Dəyişikliklərə asanlıqla uyğunlaşmaq.
- Azərbaycan dili (səlis) Rus və ingilis dillərini bilmək arzuolunandır.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
İmtiyazlar
- "Dəyərlisən” PASHA loyality proqramına üzvlük.
- Könüllü tibbi sığorta
- Performansdan aslı olaraq bonuslar
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.