Təsvir
- Marketinq üzrə strategiya və taktiki tədbirlərin hazırlanmasında marketinq menecerinə dəstək göstərmək;
- Marketinqlə ilə bağlı kampaniyaların uğurla həyata keçirilməsinə nəzarət etmək;
- Websaytlar, sosial media, “leads generation”, küçə reklamı və digər kommunikasiya kanallarının miksini layihələr üzrə tərtib etmək və əsaslandırmaq;
- Layihə kontentlərinə nəzarət etmək və lazımi hallarda yaratmaq;
- Şirkətin korporativ kommunikasiyası üzrə təkliflər vermək və ona nəzarət etmək;
- Agentliklər və digər tərəfdaşlarla görüşlər keçirmək, onların performansı haqqında məlumat toplamaq;
- Əmlak sektorunda əmlakın bazara yeridilməsi ilə bağlı ideyalar vermək;
- Layihələrin icrasında cari menecmenti həyata keçirmək.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 4 il iş təcrübəsi;
- Səlis Azərbaycan və ingilis dili biliyi (rus dili arzuolunandır);
- Hədəf seqmentlərin identifikasiya və təhlil olunmasında, onlar üçün müvafiq kommunikasiya kanallarının seçilməsində təcrübəyə malik olmaq;
- Yeni trendləri mütəmadi olaraq izləmək;
- Araşdırmaq və yenilikləri tətbiq etmək bacarığı;
- Komanda ilə işləmək bacarığı.
Nə təklif edirik?
- Bazar rəqabətinə uyğun əmək haqqı;
- Könüllü tibbi siğorta;
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- Peşəkar komanda ilə işləmək fürsəti;
- İşçinin inkişafı üçün təlim, tədris proqramları.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 3-4 il
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Bakalavr