Şirkətimiz mexaniki sistemlər üzrə layihələrin hazırlanması və icrasına nəzarət edəcək Mexanika mühəndisi axtarır. Namizəd layihə və texniki sənədlərin hazırlanmasında, sahə ölçülərinin götürülməsində və tikinti-quraşdırma işlərinin layihə tələblərinə uyğunluğunun yoxlanılmasında iştirak edəcək.
Təsvir
- Texniki və layihə sənədlərinin hazırlanmasında iştirak etmək;
- Dizayn əsasında layihələrin hazırlanmasına və icrasına nəzarət etmək;
- Tender sənədlərinin hazırlanmasında iştirak etmək;
- Tikinti sahəsinin mövcud vəziyyətini yoxlamaq və zəruri ölçüləri götürmək;
- İşlərə başlamazdan əvvəl Sifarişçi ilə layihə tələblərini müzakirə etmək;
- AutoCAD proqramında texniki çizimlərin hazırlanmasını həyata keçirmək;
- Təkliflərin və texniki tapşırıqların layihə tələblərinə uyğunluğunu yoxlamaq;
- BOQ və layihə hesabatlarının hazırlanmasında iştirak etmək;
- Layihələrin icra vəziyyəti ilə bağlı həftəlik hesabatlar hazırlamaq;
- Əmlaklarda icarəçilər tərəfindən həyata keçirilən tikinti-quraşdırma işlərinin müəyyən edilmiş standartlara və material tələblərinə uyğunluğuna nəzarət etmək.
Tələblər
- Mexanika mühəndisliyi və ya əlaqəli mühəndislik ixtisası üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Mexaniki sistemlər və layihə sənədlərinin hazırlanması üzrə praktiki biliklər;
- AutoCAD proqramında işləmək bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı;
- Texniki çizimləri oxuma və hazırlama bacarığı;
- BOQ və texniki sənədlərlə işləmək bacarığı;
- Məsuliyyətlilik, diqqətlilik və dəqiqlik;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- "Dəyərlisən" PAŞA loyallıq proqramına üzvlük
- Geniş təminatlı tibbi sığorta
- Rəqabətli əməkhaqqı və bonus sistemi
- Peşəkar inkişaf imkanları və müvafiq sertifikatların əldə olunmasına dəstək
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.