Mexanika mühəndisi

  • Deadline 13 Sentyabr 2026

Şirkətimiz mexaniki sistemlər üzrə layihələrin hazırlanması və icrasına nəzarət edəcək Mexanika mühəndisi axtarır. Namizəd layihə və texniki sənədlərin hazırlanmasında, sahə ölçülərinin götürülməsində və tikinti-quraşdırma işlərinin layihə tələblərinə uyğunluğunun yoxlanılmasında iştirak edəcək.

Təsvir

  • Texniki və layihə sənədlərinin hazırlanmasında iştirak etmək;
  • Dizayn əsasında layihələrin hazırlanmasına və icrasına nəzarət etmək;
  • Tender sənədlərinin hazırlanmasında iştirak etmək;
  • Tikinti sahəsinin mövcud vəziyyətini yoxlamaq və zəruri ölçüləri götürmək;
  • İşlərə başlamazdan əvvəl Sifarişçi ilə layihə tələblərini müzakirə etmək;
  • AutoCAD proqramında texniki çizimlərin hazırlanmasını həyata keçirmək;
  • Təkliflərin və texniki tapşırıqların layihə tələblərinə uyğunluğunu yoxlamaq;
  • BOQ və layihə hesabatlarının hazırlanmasında iştirak etmək;
  • Layihələrin icra vəziyyəti ilə bağlı həftəlik hesabatlar hazırlamaq;
  • Əmlaklarda icarəçilər tərəfindən həyata keçirilən tikinti-quraşdırma işlərinin müəyyən edilmiş standartlara və material tələblərinə uyğunluğuna nəzarət etmək.

Tələblər

  • Mexanika mühəndisliyi və ya əlaqəli mühəndislik ixtisası üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Mexaniki sistemlər və layihə sənədlərinin hazırlanması üzrə praktiki biliklər;
  • AutoCAD proqramında işləmək bacarığı;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Texniki çizimləri oxuma və hazırlama bacarığı;
  • BOQ və texniki sənədlərlə işləmək bacarığı;
  • Məsuliyyətlilik, diqqətlilik və dəqiqlik;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • "Dəyərlisən" PAŞA loyallıq proqramına üzvlük
  • Geniş təminatlı tibbi sığorta
  • Rəqabətli əməkhaqqı və bonus sistemi
  • Peşəkar inkişaf imkanları və müvafiq sertifikatların əldə olunmasına dəstək

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily8
  • Weekly582
  • Monthly1180