Təsvir
- İcarə ödənişlərinin vaxtında və düzgün icrasına nəzarət;
- İcarə üzrə debitor borcların monitorinqi və analizi;
- Borcun yaranma səbəblərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi;
- İcarəçilərlə mütəmadi əlaqə saxlanılması, zərurət yarandıqda görüşlərin təşkili;
- Borcun ödənilməsi istiqamətində icarə mütəxəssisləri, mühasibatlıq və icarəçilər arasında effektiv koordinasiyanın təmin edilməsi;
- İcarəçilərin ödəniş prosesinin düzgün aparılması üçün tələb olunan maliyyə sənədlərinin hazırlanması və mühasibatlığa yönləndirilməsi;
- Borcların ödənilməsi ilə bağlı tədbirlərin planlaşdırılması və icrasına dair təkliflərin hazırlanması;
- Borclarla bağlı müvafiq bildirişlərin tərtib edilməsi və göndərilməsi;
- Məhkəmə icraatına ehtiyac duyulan borcların müəyyən edilməsi və hüquq şöbəsinə yönləndirilməsi;
- Ödənişlərin təmin olunmasını sürətləndirmək üçün rəhbərliyə təkliflərin verilməsi;
- Müvafiq hesabatların hazırlanaraq təqdim edilməsi.
Tələblər
Təhlükəsizlik üzrə öhdəliklər:
- İş prosesinin həyata keçirilməsi zamanı bütün təhlükəsizlik norma və standartlarına riayət edilməsi;
- SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) standartlarına uyğunluğun təmin edilməsi.
Şəxsi keyfiyyətlər:
- Səliqəli və nizam-intizamlı;
- Peşəkar və səriştəli;
- Dəqiq və diqqətcil;
- Dürüst və etibarlı;
- Yüksək məsuliyyət və işgüzarlıq.
Bilik, bacarıq və təcrübə:
- MS Office proqramlarından sərbəst istifadə bacarığı;
- Maliyyə sahəsində təcrübə;
- Analitik düşünmə qabiliyyəti;
- Təşkilatçılıq və proseslərin idarə olunması bacarığı;
- Peşəkar ünsiyyət və davranış etikası;
- Müştərilərlə effektiv işləmə bacarığı;
- Fərdi və kollektiv şəkildə işləmə qabiliyyəti.
Vakansiya haqqında
Vakansiya növü - Tam ştat