Vəzifə öhdəlikləri
- Tabe olduğu departamentin gəlirini artırmaq və qarşıya qoyulan büdcə gözləntilərindən daha artığını əldə etmək üçün departamentin gündəlik funksiyalarına nəzarət etmək:
- Möhtəşəm mətbəx yeməkləri təqdim etmələri üçün kulinariya komandasını seçmək, təlimləndirmək, inkişaf etdirmək və istiqamətləndirmək;
- İsrafçılığın qarşısını almaq məqsədilə sifarişlərə, istehsalata, porsiyaların bölgüsünə dəqiq nəzarət etmək:
- Təşkilatçılıq, təlim, istiqmətləndirmə və nəzarət tətbiq etməklə, bölmənin məhsuldar iş nümayiş etdirməsinə dəstək olmaq
- Dəqiq reseptlər və porsiya bölgüsününü yaratmaq, həyata keçirmək və yoxlamaq:
- Restoranlar üçün menyular yaratmaq, müştəri üstünlükləri və yemək trendləri ilə uyğunlaşdırılmış mövsümi menyular hazırlamaq və inkişaf etdirmək və birbaşa rəhbərə təsdiq üçün təqdim etmək;
- Hər bir yeməyi təqdim etmədən əvvəl yoxlamaq və onların təqdimat və dad standartlarına uyğun olmasını təmin etmək.
- Bütün yemək hazırlıqlarını nəzarətdə saxlamaq, ardıcıllıq, keyfiyyət və təqdimatın restoranın standartlarına uyğun olmasını təmin etmək.
- Müntəzəm olaraq anbar yoxlamaları aparmaq və inqrediyentlərin düzgün saxlanmasını təmin etmək.
- Mətbəx inqrediyentləri sifariş etmək, mətbəxin yaxşı təmin olunmuş olmasını və əməliyyatların hamar getməsini təmin etmək.
- İsrafçılığı minimuma endirmək və büdcələnmiş qida qiymətləri hədəflərində nəticəni əldə etmək üçün yüksək nəzarət həyata keçirtmək:
- Şöbənin işinin mükəmməlləşdirilməsi üçün daima təkliflər etmək:
- Ləvazimatlardan səmərəli şəkildə istifadəsinə nəzarət etmək;
Tələblər
- Peşəkar mətbəxdə təcrübə (Hotel sahəsində)
- Son dərəcə məsuliyyətli olmaq.
- Kollektiv daxili münasibətlərdə sakit və təmkinli qalmaq şərtilə dəyişən mühit çərçivəsində çoxsaylı tapşırıqları icra edə bilmək qabiliyyətinə malik olmaq
- HACCP (Təhlükələrin Analizi və Kritik Nəzarət Nöqtələri) standartları və qaydalarına riayət etmək
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.