Əmək funksiyası
- Bütün vergi və qanunvericilik tələblərinə və korporativ standartlara riayət olunmasını təmin etməklə əməkdaşlara əmək haqqı ödənişlərini icra etmək:
- Şirkətin siyasətinə və prosedurlarına uyğun olaraq, işçi qüvvəsinin autsorsinqi üçün kreditor borclarlarla bağlı əməliyyatları icra etmək və Vahid Bəyannamə, əmək haqqı ilə bağlı statistik hesabatları hazırlamaq
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməli olan (işçinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğuş, üç yaşınadək uşağa qulluq və s.) sənədlərin vaxtında sistemə yerləşdirmək.
- Otelin işçi qüvvəsinin autsorsinqi ilə bağlı qaimələri üçün lazımi sənədlərin təmin etmək.
- İşçi qüvvəsinin autsorsinqi ilə bağlı ödənişlərin həyata keçirilməsi üçün təsdiqlənmiş qaimələri mühasibatlığın ödəniş sisteminə dəqiq şəkildə daxil etmək.
- Yerli əmək qanunvericiliyinin və korporativ siyasətin tələblərinə uyğun olaraq göstərilən xidmət ödənişlərinin/mükafatların (tips, service charges, upsells) ödənilməsinin dəqiqliyinin təmin etmək.
- Məzuniyyətlərin ödənilməsinin yerli əmək qanunvericiliyinə və şirkətin məzuniyyətlərə dair siyasətinə uyğun olmasını təmin edilməsini yoxlamaq.
- Ay sonunda əmək haqqı ödənişləri ilə bağlı lazımı əməliyyatları icra etmək və təsdiqlənməsi üçün prosedura uyğun olaraq birbaşa rəhbərə təqdim etmək.
- Maliyyə departamentinə aid otelin əməliyyat sistemləri (1C, Excel və s.) ilə yaxından tanış olmaq və bu sistemlərin düzdün işləməsini təmin etmək
- Əmək haqqı ilə bağlı şöbə rəhbərləri tərəfindən tələb olunan hesabat sorğularını cavablandırmaq
- Əmək haqqının hesablanması sisteminin effektiv işləməsinin təmin edilməsi, cari və əvvəlki hesabatlarda istifadə ediləcək bütün müvafiq məlumatların ehtiyat nüsxəsini saxlamaq.
- Aylıq məvaciblə bağlı hesabatlar hazırlamaq.
- Dövlət sorğularını cavablandırmaq.
- Maaş və iş saatları arasındakı uyğunluğu yoxlamaq üçün məvacib qeydiyyatları və elektron üsulla qeyd edilmiş iş vaxtının qeydiyyatı (tabellər) cədvəllərini şirkətin prosedurlarına müvafiq bir şəkildə yoxlamaq.
- İnsan Resurslarından daxil olan məlumatların müvafiq şəkildə olmasını və məvaciblərdə öz əksini düzgün tapmasını yoxlamaq.
Tələblər:
- Mühasibat və mailiyyə sahəsində ali təhsil
- Azərbaycan,İngilis səlis,Rus dili arzu olunandır
- Bir komanda üzvü kimi sürətlə irəliləyən iş mühitində sərbəst şəkildə çalışmaq.
- Kollektiv daxili münasibətlərdə sakit və təmkinli qalmaq şərtilə dəyişkən iş mühiti çərçivəsində çoxsaylı tapşırıqları icra edə bilmək
- Mühasibat sahəsində təcrübəsi olmaq.
- Kompyüter bilikləri:Excel, Word.
- Opera PMS, Micros Symphony proqramları ilə bağlı biliklərə malik olmaq.
- Mükəmməl ünsiyyət qabiliyyəti olmaq, ətrafdakılarla münasibət qurmağı bacarmaq.
- Məlumatların təhlili və hesabatların yazılması üzrə biliklər
- Şirkət siyasət və prosedurlarını başa düşmək və onlara əməl etmək bacarığı