Fairmont Baku Fairmont Baku
  • 261

Fairmont Gold Lounge Attendant

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Fairmont Gold Lounge Attendant

  • Deadline 21 November 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifələr:

  • Qonaqları gülərüzlə qarşılamaq, onların ehtiyaclarını əvvəlcədən müəyyən etmək və yüksək səviyyəli, fərdi xidmət təqdim etmək.
  • Qonaqların suallarını, xüsusi istəklərini və şikayətlərini operativ və nəzakətlə həll etmək.
  • Fairmont Gold Lounge-da yemək və içkilərin təqdim edilməsini təmin etmək.
  • İstirahət zalının, bufet sahəsinin və iş yerlərinin gün ərzində təmiz və səliqəli saxlanılmasına nəzarət etmək.
  • Mətbəx komandası ilə əməkdaşlıq edərək gündəlik menyunun və yeməklərin təqdimatının otelin standartlarına uyğun olmasını təmin etmək.
  • Səhərlər qonaqların sifariş etdiyi qəhvəni otaqlara çatdırmaq.
  • Qida məhsullarının, qabların və digər avadanlıqların inventarını izləmək.
  • Özünəxidmət mini-barının düzgün idarə olunmasını, məhsulların nəzarətdə saxlanılmasını və gəlirlərin artırılmasını təmin etmək.
  • Telefon zənglərini üç zəngdən gec olmayaraq cavablandırmaq və peşəkar ünsiyyət qaydalarına riayət etmək.
  • Mətbəx, qabyuyan və texniki xidmət şöbələri ilə koordinasiyalı işləmək.
  • Avadanlıq və təmir ehtiyaclarını müvafiq şöbəyə çatdırmaq, təcili hallarda texniki xidmətlə birbaşa əlaqə saxlamaq.
  • Növbə jurnallarında vacib məlumatları qeyd etmək və qonaqların gəliş siyahısındakı məlumatların düzgünlüyünü yoxlamaq.
  • İş yerində sağlamlıq və təhlükəsizlik standartlarını qorumaq, fövqəladə hallar zamanı müəyyən edilmiş prosedurlara əməl etmək.
  • Həmkarlarla əməkdaşlıq etmək, xidmət keyfiyyətini qorumaq və qonaq məmnuniyyətini artırmaq.

Tələblər:

  • Müştəri xidmətləri sahəsində əvvəlki iş təcrübəsi arzuolunandır. Restoranda ofisiant və ya köməkçi ofisiant kimi təcrübə üstünlükdür.
  • İngilis dilini səlis,rus dilini bilmək üstünlükdür.
  • Qonaqların ehtiyaclarını anlamaq, onların gözləntilərini qarşılamaq və yüksək xidmət keyfiyyətini təmin etmək.
  • Həmkarlarla əməkdaşlıq etmək və komanda daxilində səmərəli işləmək.
  • Çətin vəziyyətlərdə sakit qalmaq, düzgün qərarlar qəbul etmək və problemləri peşəkar şəkildə həll etmək.
  • Etibarlı, intizamlı və verilən tapşırıqları vaxtında yerinə yetirən olmaq.
  • İşləri prioritetləşdirmək, vaxtı düzgün idarə etmək və detallara diqqət yetirmək.
  • Sürətli və gərgin iş mühitində xidmət keyfiyyətini qorumaq.
  • İş saatları və növbələr baxımından çevik olmaq.
  • Otelin lüks xidmət standartlarına uyğun peşəkar görünüş və davranış nümayiş etdirmək.
  • Microsoft Windows proqramları ilə işləmək bacarığı üstünlükdür.
  • PMS (Property Management System) proqramları ilə əvvəlki təcrübə üstünlük hesab olunur.
  • Minimal nəzarət altında işləmək, təşəbbüs göstərmək və tapşırıqları vaxtında tamamlamaq.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly332
  • Monthly1753