Fairmont Baku Fairmont Baku
  • 994

Malların qəbulu üzrə işçi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Malların qəbulu üzrə işçi

  • Deadline 3 Yanvar 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əmək funksiyası:

  • Otel üçün lazım olan malların qəbuluna görə məsuliyyət daşımaq
  • Malları alan zaman onların alış tələbnaməsində qeyd edilmiş tələblərə və standartlara müvafiq bir şəkildə əldə edilməsinə nəzarət etmək
  • Tələb yarandıqda, malların sənədləşdirilməsinə və əlaqədar prosedurlara görə də cavabdehlik daşımaq
  • Alınmış mallar və ya məhsullar otelə çatdırıldığı zaman və anbara yerləşdirilməmişdən əvvəl onların çəkisini, mövcud olduğu vəziyyətini, keyfiyyətini nəzərdən keçirmək
  • Malları qəbul edərkən onların keyfiyyətini və kəmiyyətini təsdiqləyəndə bütün prosedurların alış tələbnaməsində qeyd edilmiş şərtlərə əsasən icra edildiyindən əmin olmaq
  • Həmçinin sifarişlər natamam şəkildə və ya sonradan bir də təkrarən çatdırılmış olduqda qeydiyyat aparmaq
  • Mallar gətirildikdən sonra onları rəsmiləşdirən zaman hər şeyin alış tələbnaməsində qeyd edilmiş şərtlərə və qaiməyə əsasən icra edimiş olduğuna nəzarət etmək və hər hansısa bir uyğunsuzluq olduğu zaman qeydiyyat aparmaq
  • Bütün qəbul edilmiş malları təyinatı üzrə mal qəbulu ərazisində yerləşdirmək
  • Malların gətirilmış olduğu ərazinin təmiz və münasib olmasını təmin etmək
  • Gündəlik alınan qida və içki sifarişlərinin hesabatlarını tamamlamaq və gündəlik qaimələri mühasibatlıqda təsdiqləmək
  • Mallar çatdırıldığı zaman bütün qaimələrin və əlaqədar rəsmi sənədlərin möhürlü olmasını təmin etmək

Tələblər:

  • Ali təhsil (turizm və otelçiliyin idarəedilməsi arzuolunandır)
  • Müvafiq vəzifə üzrə təcrübə
  • MC, PR soft, Opera PMS, Word, Excel, Outlook və ya bənzər proqramlar ilə işləmək bacarığı olmaq
  • Ətrafdakılarla münasibət qurmaq və problemləri həll etmək qabiliyyətinə malik olmaq.
  • Son dərəcə məsuliyyətli və etibarlı olmaq.
  • Telefonla ünsiyyət zamanı peşəkar etiket qaydalarına riayət etmək
  • Səlis Azərbaycan dili,  İngilis, Rus dili orta 
  • İnventar və materialların nəzarətdən keçirilməsi üzrə iş təcrübəsinə malik olmaq
  • Bir komanda üzvü kimi sürətlə irəliləyən iş mühitində sərbəst şəkildə çalışmaq.
  • Dinamik, öyrənməyə həvəsli olmaq
  • Eyni zamanda birdən çox işi idarə etmək bacarığı olmaq
  • Daily9
  • Weekly536
  • Monthly1671