ƏMƏK FUNKSİYASI
- Gülərüzlə qonaqları qarşılamaq və onlara ilkin məlumatları təqdim etmək;
- Qonaqların gedişi zamanı təşəkkür etmək və gələcəkdə yenidən ziyarət etmələrinə təşviq etmək.
- Gələn qonaqların məlumatlarını sistemə daxil etmək;
- Qonaqları otaqlarına yönləndirmək və əsas məlumatları izah etmək;
- Qonağın istəklərinə uyğun otaq seçimi və dəyişiklikləri həyata keçirmək
- Telefon, e-mail və ya onlayn platformalar vasitəsilə gələn sifarişləri qəbul etmək;
- Mövcudluğa nəzarət etmək və uyğun otaqları təklif etmək;
- Rezervasiyaların təsdiqlənməsi və lazımi məlumatların paylaşılması.
- Qonaqlara otel xidmətləri, ətrafdakı obyektlər və turistik məkanlar barədə məlumat vermək;
- Qonaqların suallarını cavablandırmaq və onları müvafiq şöbələrə yönləndirmək.
- Qonaqların şikayətlərini dinləmək, həll yolları təqdim etmək və rəhbərliyə məlumat vermək;
- İstəklərin qeydiyyatını aparmaq və operativ şəkildə icrasına nəzarət etmək.
- Otelə daxil olan zənglərə nəzakətlə cavab vermək;
- Zəngləri müvafiq şöbələrə yönləndirmək və vacib məlumatları qeyd etmək.
- Gün sonu hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Nağd və ya kartla ödənişlərin düzgün qeydiyyatını aparmaq.
- Otelin bütün xidmət və davranış standartlarına uyğun işləmək;
- Xarici və yerli qonaqlara qarşı mədəni, nəzakətli və peşəkar davranmaq.
TƏLƏBLƏR
- Ali və ya orta ixtisas təhsili (turizm, otelçilik sahəsində arzuolunandır);
- Xarici dil bilikləri (xüsusilə İngilis dili – mütləq, əlavə dillər – üstünlükdür);
- Ünsiyyət və müştəri ilə işləmə bacarığı;
- Gülərüzlük, çeviklik, stressə davamlılıq.
- Həftədə 7 gün, 24 saat fəaliyyət göstərən mehmanxana sahəsində dəyişkən iş vaxtı və novbələrə rahat uyğunlaşa bilmək və işləyə bilmək
- MS Office proqramlarında yüksək səviyyədə bilik və təcrübə;
- Opera proqramını bilmək mütləqdir
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.