Fairmont Baku Fairmont Baku
  • 485

Rezervasiya üzrə Menecer Müavini

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Rezervasiya üzrə Menecer Müavini

  • Deadline 22 Fevral 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əmək funksiyası

  • Otaqların Rezervasiyası, qiymətlərin təklifi və otel barədə məlumatların çatdırılması ilə bağlı sualları telefon, faks və ya e-poçt ilə tez və peşəkarcasına cavablandırmaq;
  •  Fairmont Bakı Otel (LQA audit/ Accor all loyalty program) standartlarına müvafiq şəkildə Qonaq Xidmətləri təqdim etmək;
  •  Qonaqlar üçün əyləncə, biznes səyahəti, iclas/toplantı,   korporativ görüşlər və topdansatış (FIT&IMM) bazar seqmentləri kimi Otel xidmətləri üzrə rezervasiyalar etmək;
  • Rezervasiya ilə bağlı bütün lazımi məlumatı Mərkəzi Rezervasiya Sisteminə (RESAWEB) və / və ya Mülkiyyət Menecmenti Sisteminə (Property Manager) dəqiq şəkildə qeyd etmək;
  • Rezervasiya interfeyslərini MRS (Mərkəzi Rezervasiya Sistemi)   və MMS (Mülkiyyət Menecmenti Sistemi) arasında nəzərdən keçirmək və yeniləmək;
  •  Rezervasiya ilə bağlı nömrələrin təsdiqinin tez və dəqiq qeydiyyatını təmin etmək;
  •  Xüsusi endirimli təkliflərin yoxlanılması, izlənilməsi və müxtəlif aidiyyəti əməliyyat departamentləri ilə bölüşülməsi:
  • Qabaqcadan Rezervasiya üzrə  Nümayəndələrin yaxşı təlim keçmiş olması və bütün xüsusi endirimli qiymətlər barədə xəbərdar olmasından əmin olmaq;
  • GRC, GDS, Third Party Sites, Property Manager, Hotellink və RESAWEB üzrə davamlı şəkildə yoxlamalar aparmaq, qiymətlərdə, xüsisi endirimlərdə paketlərdə otaqların mövcudluğunu yoxlamaq və düzgünlüyünü təmin etmək;
  • Tabeçiliyində olan Rezervasiya şöbəsi əməkdaşlarının LQA standartlarından xəbərdar olmasından əmin olmaq və lazım gələrsə təlimatlandırmaq;
  • Növbədə olduğu müddət ərzində bütün hesabatları hazırlayıb birbaşa rəhbərə təqdim etmək;
  • Hər hansı məsələ ilə bağlı dərhal tədbir görmək və ya yaranmış problem və ya sualların vaxtında həll edilməsi üçün birbaşa rəhbərə məlumat vermək;
  • İş prosesində hər hansı bir texniki problem və lazimi ehtiyaclar barədə dərhal birbaşa rəhbərə məlumat vermək;
  • Müvafiq təlim və planlaşdırma təmin etməklə tabeliyində olan işçilərə nəzarət etmək.
  • Xidmət standartlarının və siyasətlərinin mütəmadi icrasını təmin etmək üçün şöbə daxilində tabeliyində olan həmkarların işinə  nəzarət etmək.

Tələblər:

  • Ali təhsil (turizm və otelçiliyin idarəedilməsi)
  • Microsoft Windows kompüter proqramlarını bilmək.
  • Əla yazılı və şifahi ünsiyyət vərdişlərinə sahib olmaq.
  • Ətrafdakılarla münasibət qurmaq və problemləri həll etmək qabiliyyətinə malik olmaq.
  • Son dərəcə məsuliyyətli və etibarlı olmaq.
  • Diqqətini Qonaqların istəklərinə yönəltmək, daim sakit və təmkinli qalmağı bacarmaq.
  • Telefonla ünsiyyət zamanı peşəkar etiket qaydalarına riayət etmək
  • Səlis Azərbaycan,İngilis,Rus dili 
  • Bir komanda üzvü kimi sürətlə irəliləyən iş mühitində sərbəst şəkildə çalışmaq.
  • Dinamik, öyrənməyə həvəsli olmaq
  • Daily34
  • Weekly257
  • Monthly285