Əmək funksiyası.
- Satış fəaliyyətinin bütün aspektlərini, o cümlədən ilkin sorğuların alınması, potensial müştəri məlumatlarının, təkliflərin, yazışmaların və müqavilələrin vaxtında hazırlanması, gözləyən rezervasiya və s. kimi məsələlərin əlaqələndirilməsinə və həll edilməsinə köməklik etmək:
- Təklif və müqavilələri tələb olunduğu şəkildə hazırlamaq:
- Lazım olduğu təqdirdə müştərilərlə əlaqə saxlamaq:
- Müqavilələrin vaxtında qarşı tərəfə qaytarılmasına nəzarət:
- Bütün reklam-informasiya materiallarının dəqiq hesabatını aparmaq:
- Gəlir axınlarını əhatə edən xüsusi marketinq təşəbbüslərini əlaqələndirmək:
- Şirkət əməkdaşlarına və qonaqlara nəzakətli şəkildə kömək etmək və düzgün koordinasiyanı təmin etmək;
- Həftəlik şöbənin iclaslarında, gündəlik görüşlərdə və təlimlərdə iştirak etmək;
- İş prosesində hər hansı bir texniki problem və lazımi ehtiyaclar barədə dərhal birbaşa rəhbərə məlumat vermək;
- Birbaşa rəhbər tərəfindən müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək;
- Şöbənin digər əməkdaşlarının işinə köməklik etmək;
- Növbədə olduğu müddət ərzində bütün hesabatları hazırlayıb birbaşa rəhbərə təqdim etmək;
- Həm Satış şöbəsi daxilindəki həmkarlarla, həm də digər şöbələrin əməkdaşları ilə sıx əməkdaşlıq münasibətləri qurmaq;
- 1C proqramında işləmək, sistemə aylıq davamiyyət cədvəlini əlavə etmək;
- Satış və marketinq komandası ilə daxili koordinasiyaya cavabdeh olmaq;
- Satış şöbəsinə aid olan bütün sənədlərin (müqavilələr, otaq siyahıları, təkliflər vəs) dəqiq və vaxtında hazırlanmasını təmin etmək:
- Görüşləri, tədbirləri təşkil etmək və əlaqələndirmək:
- Görüşlərin protokollarını hazırlamaq:
- Özünün və həmkarının etdiyi bütün satışların yazılı müqavilələrini və digər tələb olunan sənədləşməsini hazırlamaq
Tələblər:
- Ali təhsil (turizm və otelçiliyin idarəedilməsi arzuolunandır)
- Müvafiq vəzifə üzrə təcrübə (üstünlük verilir)
- Opera PMS Software, Microsoft Windows kompüter proqramlarını bilmək.
- Əla yazılı və şifahi ünsiyyət vərdişlərinə sahib olmaq.
- Ətrafdakılarla münasibət qurmaq və problemləri həll etmək qabiliyyətinə malik olmaq.
- Son dərəcə məsuliyyətli və etibarlı olmaq.
- Diqqətini qonaqların istəklərinə yönəltmək, daim sakit və təmkinli qalmağı bacarmaq.
- Telefonla ünsiyyət zamanı peşəkar etiket qaydalarına riayət etmək
- Səlis Azərbaycan,İngilis,Rus dili
- Bir komanda üzvü kimi sürətlə irəliləyən iş mühitində sərbəst şəkildə çalışmaq.
- Dinamik, öyrənməyə həvəsli olmaq
- Yaxşı satış və təqdimat bacarığı olmaq
- Eyni zamanda birdən çox işi idarə etmək bacarığı olmaq
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.