Fairmont Baku Fairmont Baku
  • 392

Satış üzrə koordinator

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış üzrə koordinator

  • Deadline 13 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əmək funksiyası.

  • Satış fəaliyyətinin bütün aspektlərini, o cümlədən ilkin sorğuların alınması, potensial müştəri məlumatlarının, təkliflərin, yazışmaların və müqavilələrin vaxtında hazırlanması, gözləyən rezervasiya və s. kimi məsələlərin əlaqələndirilməsinə  və həll edilməsinə köməklik etmək:
  • Təklif və müqavilələri tələb olunduğu şəkildə hazırlamaq:
  • Lazım olduğu təqdirdə müştərilərlə əlaqə saxlamaq:
  • Müqavilələrin vaxtında qarşı tərəfə qaytarılmasına nəzarət:
  • Bütün reklam-informasiya materiallarının dəqiq hesabatını aparmaq:
  • Gəlir axınlarını əhatə edən xüsusi marketinq təşəbbüslərini əlaqələndirmək:
  • Şirkət əməkdaşlarına və qonaqlara nəzakətli şəkildə kömək etmək və  düzgün koordinasiyanı təmin etmək;  
  • Həftəlik şöbənin  iclaslarında, gündəlik görüşlərdə və təlimlərdə iştirak etmək;
  • İş prosesində hər hansı bir texniki problem və lazımi ehtiyaclar barədə dərhal birbaşa rəhbərə məlumat vermək;
  • Birbaşa rəhbər tərəfindən müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək;
  • Şöbənin digər əməkdaşlarının işinə köməklik etmək;
  • Növbədə olduğu müddət ərzində bütün hesabatları hazırlayıb birbaşa rəhbərə təqdim etmək;
  • Həm Satış şöbəsi daxilindəki həmkarlarla, həm də digər şöbələrin əməkdaşları ilə sıx əməkdaşlıq münasibətləri qurmaq;
  • 1C  proqramında işləmək, sistemə aylıq davamiyyət cədvəlini əlavə etmək;
  • Satış və marketinq komandası ilə daxili koordinasiyaya cavabdeh olmaq;
  • Satış şöbəsinə aid olan bütün sənədlərin (müqavilələr, otaq siyahıları, təkliflər vəs) dəqiq və vaxtında hazırlanmasını təmin etmək:
  • Görüşləri, tədbirləri təşkil etmək və əlaqələndirmək:
  • Görüşlərin protokollarını hazırlamaq:                                    
  • Özünün və həmkarının etdiyi bütün satışların yazılı müqavilələrini və digər tələb olunan sənədləşməsini hazırlamaq

 Tələblər:

  • Ali təhsil (turizm və otelçiliyin idarəedilməsi arzuolunandır)
  • Müvafiq vəzifə üzrə təcrübə  (üstünlük verilir)
  • Opera PMS Software, Microsoft Windows kompüter proqramlarını bilmək.
  • Əla yazılı və şifahi ünsiyyət vərdişlərinə sahib olmaq.
  • Ətrafdakılarla münasibət qurmaq və problemləri həll etmək qabiliyyətinə malik olmaq.
  • Son dərəcə məsuliyyətli və etibarlı olmaq.
  • Diqqətini qonaqların istəklərinə yönəltmək, daim sakit və təmkinli qalmağı bacarmaq.
  • Telefonla ünsiyyət zamanı peşəkar etiket qaydalarına riayət etmək
  • Səlis Azərbaycan,İngilis,Rus dili
  • Bir komanda üzvü kimi sürətlə irəliləyən iş mühitində sərbəst şəkildə çalışmaq.
  • Dinamik, öyrənməyə həvəsli olmaq
  • Yaxşı satış və təqdimat bacarığı olmaq
  • Eyni zamanda birdən çox işi idarə etmək bacarığı olmaq

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily211
  • Weekly372
  • Monthly1117