Vəzifə öhdəlikləri
- Mətbəxin müəyyən bölməsini (isti yeməklər, soyuq yeməklər, qril, şirniyyat və s.) idarə etmək.
- Gündəlik yeməklərin resept və standartlara uyğun hazırlanmasını təmin etmək.
- Demi Chef de Partie, Commis Chef və digər mətbəx əməkdaşlarının işini təşkil etmək və onlara nəzarət etmək.
- Hazırlanan yeməklərin keyfiyyətini, dadını və təqdimatını yoxlamaq.
- Gigiyena, sanitariya və qida təhlükəsizliyi qaydalarına (HACCP və digər standartlara) riayət olunmasını təmin etmək.
- Məhsulların düzgün saxlanmasına, istifadə müddətlərinə və ehtiyatların idarə edilməsinə nəzarət etmək.
- Məhsul itkisinin və israfın minimuma endirilməsi üçün tədbirlər görmək.
- Sifarişlərin vaxtında və düzgün hazırlanmasını təmin etmək.
- Yeni menyuların hazırlanması və reseptlərin təkmilləşdirilməsi prosesində Sous Chef və Executive Chef ilə əməkdaşlıq etmək.
- Mətbəx avadanlıqlarının düzgün istifadəsinə və saz vəziyyətdə saxlanmasına nəzarət etmək.
- Yeni işçilərin təlimatlandırılması və peşəkar inkişafına dəstək vermək.
- Lazım gəldikdə Sous Chef-i əvəz etmək və mətbəx əməliyyatlarının fasiləsiz davam etməsini təmin etmək.
Tələblər
- Peşəkar kulinariya bilikləri
- Otel və ya restoran mətbəxində təcrübə.
- Liderlik və komanda idarəetmə bacarığı.
- Vaxtın səmərəli idarə edilməsi və stres altında işləmək bacarığı.
- Qida təhlükəsizliyi və gigiyena qaydalarını dərindən bilmək.
- Yüksək təşkilatçılıq, məsuliyyət və detallara diqqət.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.