Əmək funksiyası
- Bina idarəetmə sisteminin gündəlik monitorinqi və idarə olunmasını təmin etmək.
- İsitmə, Havalandırma və Kondisioner sistemləri, elektrik, santexnika, yanğın siqnalizasiya və digər inteqrasiya olunmuş sistemlərin fasiləsiz izlənməsini həyata keçirmək.
- Sistem siqnallarını və nasazlıqları müəyyən etmək, problemləri aradan qaldırmaq və bu barədə məlumat vermək.
- Bina idarəetmə sisteminin xəbərdarlıqlarını operativ şəkildə izləmək, problemlərin aradan qaldırılması üçün texniki xidmət heyəti ilə koordinasiyanı təmin etmək.
- Gündəlik iş jurnallarını, sistem üzrə xəbərdarlıqları və avadanlıqların texniki göstəricilərinə dair hesabatları mütəmadi olaraq qeyd etmək
- Enerji sərfiyyatını izləmək və enerjiyə qənaət tədbirlərinin həyata keçirilməsinə dəstək olmaq.
- Sistem parametrlərinin müəyyən edilmiş iş standartların uyğun saxlanılmasını təmin etmək.
- Tələb olunduqda gündəlik, həftəlik və aylıq bina idarəetmə sisteminin hesabatlarını hazırlamaq və aidiyyəti şəxslərə təqdim etmək.
- Texniki xidmət və test prosesi zamanı podratçılar və təchizatçılarla koordinasiya işlərini təmin etmək.
- Sistemlərin iş göstəricilərini monitorinq etməklə profilaktik texniki xidmətin planlaşdırılmasına dəstək olmaq.
- Əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və şirkətin müəyyən edilmiş əməliyyat standartlarına uyğunluğu təmin etmək.
- Daxil olan material, ehtiyat hissələri və avadanlıqların qəbulunu həyata keçirmək, miqdar və keyfiyyət baxımından yoxlamaq və sifariş sənədlərinə uyğunluğunu təsdiqləmək.
- Dəqiq inventar uçotunu aparmaq və anbar ehtiyatlarının müəyyən edilmiş səviyyədə saxlanılmasını təmin etmək.
- Materialları təsdiq edilmiş material tələbi formaları əsasında təhvil vermək.
- Kompüterləşdirilmiş Texniki Xidmət İdarəetmə Sistemi, Müəssisə Resurslarının Planlaşdırılması Sistemi və ya inventar idarəetmə sistemində anbar əməliyyatları üzrə məlumatları vaxtında yeniləmək.
- Daimi anbar sayımlarının aparılması və dövri fiziki inventar auditlərində iştirak etmək
- Kritik mühəndislik ehtiyat hissələri üçün minimum və maksimum ehtiyat səviyyələrinin qorumaq.
- Anbarın təmiz, təhlükəsiz və səliqəli vəziyyətdə saxlamaq.
- İnventar hərəkətlərinin monitorinqi və ehtiyac yarandıqda təkrar sifariş tələblərinin hazırlamaq.
- Materialların düzgün saxlanması və qorunması üçün müvafiq şəraitin təmin edilmək.
- Qəbul, çatdırılma, geri qaytarma və ehtiyat düzəlişləri üzrə bütün qeydlərin aparılmaq.
- Satınalma sifarişlərinin qəbulu və çatdırılmaların izlənməsində iştirak etmək
Tələblər:
- Müvafiq vəzifə üzrə ən azı 3 il təcrübə
- Mexaniki/soyutma/buxar generator/isitmə və kondisioner sistemi/santexnika sahələrindən birinə aid texniki məktəb bitirmək və ya müəyyən peşə təhsilli
- Santexnika, dülgərlik, və ümumi texniki təchizat üzrə ümumi mexaniki bacarığı olmaq
- Azərbaycan dili səlis.
- İngilis və rus dili (arzuolunandır)
- Hər hansı tapşırılan işi nəzarətsiz müstəqil şəkildə başa çatdırmaq bacarığı və məsuliyyəti olmaq
- Uyğun texniki təchizat təcrübəsi
- Komandada işləmək bacarığı olmaq
- Davamlı inkişaf və öyrənməyə meyilli olmaq
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Siemens, Honeywell, Schneider, Johnson Controls və digər bina idarəetmə sistemlərinin platformaları üzrə bilik.
- Inventar idarəetməsi və stok nəzarəti üzrə biliklər.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.