Fairmont Baku Fairmont Baku

Store Keeper / BMS Operator

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Store Keeper / BMS Operator

  • Deadline 25 October 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əmək funksiyası

  • Bina idarəetmə  sisteminin gündəlik monitorinqi və idarə olunmasını təmin etmək.
  • İsitmə, Havalandırma və Kondisioner sistemləri, elektrik, santexnika, yanğın siqnalizasiya və digər inteqrasiya olunmuş sistemlərin fasiləsiz izlənməsini həyata keçirmək.
  • Sistem siqnallarını və nasazlıqları müəyyən etmək, problemləri aradan qaldırmaq və bu barədə məlumat vermək.
  • Bina idarəetmə  sisteminin xəbərdarlıqlarını operativ şəkildə izləmək, problemlərin aradan qaldırılması üçün texniki xidmət heyəti ilə koordinasiyanı təmin etmək.
  • Gündəlik iş jurnallarını, sistem üzrə xəbərdarlıqları və avadanlıqların texniki göstəricilərinə dair hesabatları mütəmadi olaraq qeyd etmək
  • Enerji sərfiyyatını izləmək və enerjiyə qənaət tədbirlərinin həyata keçirilməsinə dəstək olmaq.
  • Sistem parametrlərinin müəyyən edilmiş iş standartların uyğun saxlanılmasını təmin etmək.
  • Tələb olunduqda gündəlik, həftəlik və aylıq bina idarəetmə  sisteminin  hesabatlarını hazırlamaq və aidiyyəti şəxslərə təqdim etmək.
  • Texniki xidmət və test prosesi zamanı podratçılar və təchizatçılarla koordinasiya işlərini təmin etmək.
  • Sistemlərin iş göstəricilərini monitorinq etməklə profilaktik texniki xidmətin planlaşdırılmasına dəstək olmaq.
  • Əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və şirkətin müəyyən edilmiş əməliyyat standartlarına uyğunluğu təmin  etmək.
  • Daxil olan material, ehtiyat hissələri və avadanlıqların qəbulunu həyata keçirmək, miqdar və keyfiyyət baxımından yoxlamaq və sifariş sənədlərinə uyğunluğunu təsdiqləmək.
  • Dəqiq inventar uçotunu aparmaq və anbar ehtiyatlarının müəyyən edilmiş səviyyədə saxlanılmasını təmin etmək.
  • Materialları təsdiq edilmiş material tələbi formaları əsasında təhvil vermək.
  • Kompüterləşdirilmiş Texniki Xidmət İdarəetmə Sistemi, Müəssisə Resurslarının Planlaşdırılması Sistemi və ya inventar idarəetmə sistemində anbar əməliyyatları üzrə məlumatları vaxtında yeniləmək.
  • Daimi anbar sayımlarının aparılması və dövri fiziki inventar auditlərində iştirak etmək
  • Kritik mühəndislik ehtiyat hissələri üçün minimum və maksimum ehtiyat səviyyələrinin qorumaq.
  • Anbarın təmiz, təhlükəsiz və səliqəli vəziyyətdə saxlamaq. 
  • İnventar hərəkətlərinin monitorinqi və ehtiyac yarandıqda təkrar sifariş tələblərinin hazırlamaq. 
  • Materialların düzgün saxlanması və qorunması üçün müvafiq şəraitin təmin edilmək. 
  • Qəbul, çatdırılma, geri qaytarma və ehtiyat düzəlişləri üzrə bütün qeydlərin aparılmaq.
  • Satınalma sifarişlərinin qəbulu və çatdırılmaların izlənməsində iştirak etmək

Tələblər:

  • Müvafiq vəzifə üzrə ən azı 3 il təcrübə
  • Mexaniki/soyutma/buxar generator/isitmə və kondisioner sistemi/santexnika sahələrindən birinə aid texniki məktəb bitirmək və ya müəyyən peşə təhsilli 
  • Santexnika, dülgərlik, və ümumi texniki təchizat üzrə ümumi mexaniki bacarığı olmaq
  • Azərbaycan dili səlis.
  • İngilis və rus dili (arzuolunandır)
  • Hər hansı tapşırılan işi nəzarətsiz müstəqil şəkildə başa çatdırmaq bacarığı və məsuliyyəti olmaq
  • Uyğun texniki təchizat təcrübəsi
  • Komandada işləmək bacarığı olmaq
  • Davamlı inkişaf və öyrənməyə meyilli olmaq
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Siemens, Honeywell, Schneider, Johnson Controls və digər bina idarəetmə sistemlərinin platformaları üzrə bilik.
  • Inventar idarəetməsi və stok nəzarəti üzrə biliklər.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly626
  • Monthly2337