Falcon X komandası Marketing Manager axtarır!
Marketinq, sosial media və kontent sahəsində təcrübəlisənsə, kreativ prosesləri idarə etməyi və ideyaları reallaşdırmağı sevirsənsə, komandamıza qoşula bilərsən.
Əsas vəzifələr:
- Sosial media və marketinq fəaliyyətlərinin planlanması və idarə olunması
- Kreativ ideya və kampaniyaların hazırlanması
- Foto və video çəkilişlərin təşkili və çəkiliş prosesinin idarə olunması
- Dizayner, fotoqraf, videoqraf və digər kreativ komanda üzvləri ilə işin koordinasiyası
- Sosial media trendlərinin və rəqiblərin fəaliyyətinin izlənilməsi
- Kontentlərin vaxtında hazırlanmasına və paylaşılmasına nəzarət
- Marketinq kampaniyalarının nəticələrinin izlənilməsi və analiz edilməsi
Namizəddən gözləntilər:
- Marketinq və sosial media sahəsində iş təcrübəsi
- Kreativ düşüncə və güclü təşkilatçılıq bacarığı
- Çəkiliş və kontent istehsalı proseslərini idarə etmək bacarığı
- Sosial media platformaları və trendləri haqqında yaxşı bilik
- Eyni anda bir neçə işi koordinasiya etmək bacarığı
- Məsuliyyətli, operativ və detallara diqqətli olmaq
İş şəraiti
- İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00
- Əməkhaqqı: 850 AZN (+ bonus)
Müraciət üçün CV və varsa portfolio-nuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.