Family School Family School

Family School

Education

Manager Köməkçisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Manager Köməkçisi

  • Deadline 6 January 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Family School təlim və tədris mərkəzinə təşkilati və idarəetmə işlərində rəhbərliyə dəstək göstərə biləcək, yüksək kommunikasiya bacarıqlarına malik Manager Köməkçisi axtarılır.

Vəzifə Öhdəlikləri

  • Tədris prosesinin və dərs cədvəllərinin təşkili və koordinasiyası
  • Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi və hesabatların hazırlanması
  • Tələbələr və müəllimlər arasında effektiv kommunikasiya qurulması
  • Sosial media kontentlərinin hazırlanmasına və idarə edilməsinə dəstək
  • Zənglərə, mesajlara və elektron məktublara cavab verilməsi
  • Tələbə qeydiyyatı və sənədləşmə proseslərinin icrası
  • Təhsil proqramlarının və tədbirlərin planlaşdırılmasında iştirak

Namizəddən Tələblər

  • Təhsil sahəsində minimum 1-2 il iş təcrübəsi
  • Tələb olunan kondidat oğlan olmalıdır
  • Dərs cədvəllərini tərtib etmək və tələbələri qruplara yerləşdirmək
  • Komanda ilə işləmə bacarığı və təşəbbüskar yanaşma
  • Sosial şəbəkələrlə (Instagram, Facebook və s.) işləmə bacarığı
  • Yüksək təşkilati və idarəetmə bacarıqları
  • İngilis dili biliyi olmalıdır
  • Rus dili biliyi arzuolunandır
  • Microsoft Office proqramları ilə sərbəst işləmə bacarığı
  • Ünsiyyətcil, məsuliyyətli, çevik və dinamik olmaq

Üstünlük Verilən Keyfiyyətlər

  • Təhsil sahəsinə maraq və öyrənməyə açıq olmaq
  • Tələbələr və valideynlərlə empatiya qurmaq bacarığı
  • Çoxsaylı vəzifələri eyni anda idarə edə bilmək
  • Detallara diqqət və dəqiqlik
  • Tədbir və layihələrin təşkili zamanı təşəbbüskarlıq göstərmək
  • Etibarlı, dürüst və nəticəyönümlü yanaşma

İş qrafiki: Həftənin 6 günü. Saat 10:00 dan 20:00 a qədər

Ünvan: Həsən Əliyev küçəsi 212A  

CV-lərinizi “Manager Köməkçisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. 

  • Daily0
  • Weekly379
  • Monthly947