Family School təlim və tədris mərkəzinə təşkilati və idarəetmə işlərində rəhbərliyə dəstək göstərə biləcək, yüksək kommunikasiya bacarıqlarına malik Manager Köməkçisi axtarılır.
Vəzifə Öhdəlikləri
- Tədris prosesinin və dərs cədvəllərinin təşkili və koordinasiyası
- Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi və hesabatların hazırlanması
- Tələbələr və müəllimlər arasında effektiv kommunikasiya qurulması
- Sosial media kontentlərinin hazırlanmasına və idarə edilməsinə dəstək
- Zənglərə, mesajlara və elektron məktublara cavab verilməsi
- Tələbə qeydiyyatı və sənədləşmə proseslərinin icrası
- Təhsil proqramlarının və tədbirlərin planlaşdırılmasında iştirak
Namizəddən Tələblər
- Təhsil sahəsində minimum 1-2 il iş təcrübəsi
- Tələb olunan kondidat oğlan olmalıdır
- Dərs cədvəllərini tərtib etmək və tələbələri qruplara yerləşdirmək
- Komanda ilə işləmə bacarığı və təşəbbüskar yanaşma
- Sosial şəbəkələrlə (Instagram, Facebook və s.) işləmə bacarığı
- Yüksək təşkilati və idarəetmə bacarıqları
- İngilis dili biliyi olmalıdır
- Rus dili biliyi arzuolunandır
- Microsoft Office proqramları ilə sərbəst işləmə bacarığı
- Ünsiyyətcil, məsuliyyətli, çevik və dinamik olmaq
Üstünlük Verilən Keyfiyyətlər
- Təhsil sahəsinə maraq və öyrənməyə açıq olmaq
- Tələbələr və valideynlərlə empatiya qurmaq bacarığı
- Çoxsaylı vəzifələri eyni anda idarə edə bilmək
- Detallara diqqət və dəqiqlik
- Tədbir və layihələrin təşkili zamanı təşəbbüskarlıq göstərmək
- Etibarlı, dürüst və nəticəyönümlü yanaşma
İş qrafiki: Həftənin 6 günü. Saat 10:00 dan 20:00 a qədər
Ünvan: Həsən Əliyev küçəsi 212A
CV-lərinizi “Manager Köməkçisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.