Family School Family School

SAT müəllimi – Həzi Aslanov

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

SAT müəllimi – Həzi Aslanov

  • Истекает 27 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Family School olaraq komandamıza SAT imtahanı üzrə peşəkar, məsuliyyətli, müasir tədris metodlarına yiyələnmiş və nəticəyönümlü müəllimlər axtarırıq.

Namizədə olan tələblər:

  • SAT Math və ya SAT Reading & Writing (Verbal) üzrə minimum 1–2 il tədris təcrübəsi;
  • Hər iki bölməni peşəkar səviyyədə tədris edə bilən namizədlərə üstünlük verilir;
  • İngilis dilində sərbəst ünsiyyət və tədris bacarığı;
  • Digital SAT imtahanının strukturu, qiymətləndirmə sistemi və aktual tələbləri haqqında ətraflı bilik;
  • İmtahan strategiyalarını, vaxtın düzgün idarə edilməsini və alternativ həll üsullarını tələbələrə effektiv şəkildə çatdırmaq bacarığı;
  • SAT Math müəllimləri üçün Desmos kalkulyatorundan effektiv istifadə və onun tədrisi bacarığı;
  • Beynəlxalq tədris resurslarından və rəqəmsal platformalardan istifadə bacarığı;
  • Rus dili biliyi arzuolunandır;
  • Şəxsi SAT nəticəsinin və yüksək nəticə göstərmiş tələbələrinin olması üstünlükdür;
  • Səbirli, təmkinli, məsuliyyətli və tələbkar olmaq;
  • Yeniliklərə, davamlı öyrənməyə və peşəkar inkişafa açıq olmaq.

Vəzifə öhdəlikləri:

  • Dərsləri sistemli və nəticəyönümlü tədris proqramı əsasında aparmaq;
  • Tələbələrin akademik səviyyəsini, güclü və zəif tərəflərini müəyyənləşdirmək;
  • Hər bir tələbənin hədəflərinə uyğun fərdi inkişaf strategiyası formalaşdırmaq;
  • Mütəmadi sınaq imtahanları təşkil etmək və nəticələri təhlil etmək;
  • Tələbələrə yalnız mövzuları deyil, analitik düşünmə və düzgün imtahan strategiyalarını öyrətmək;
  • Ev tapşırıqlarına, dərs davamiyyətinə və akademik inkişafa nəzarət etmək;
  • Tələbələrin inkişafı haqqında akademik heyətə mütəmadi hesabat təqdim etmək.

Biz nə təklif edirik?

  • Peşəkar və müasir akademik iş mühiti;
  • Maksimum 3 nəfərdən ibarət kiçik qruplarla tədris imkanı;
  • Rəqəmsal tədris və imtahan platformasından istifadə;
  • Davamlı peşəkar inkişaf və uzunmüddətli əməkdaşlıq imkanı;
  • Bilik, təcrübə və tədris yükünə uyğun əməkhaqqı.

Maraqlanan namizədlər CV-lərini “SAT müəllimi – Həzi Aslanov” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektronp oçt ünvanına və ya əlaqə nömrəsinə göndərə bilərlər.

WhatsApp: 051 430 12 13

İş yeri: Family School, Həzi Aslanov filialı

  • Daily109
  • Weekly474
  • Monthly1938