Family School tədris mərkəzi olaraq komandamıza təcrübəli Tədris Nəzarətçisi (Supervisor) axtarırıq. Bu vəzifə tədris prosesinə nəzarət, tələbələrlə iş, qeydiyyatlar və valideynlərlə kommunikasiya istiqamətində əsas rol oynayacaq.
Namizədə tələblər:
- Təhsil sahəsində minimum 2 il iş təcrübəsi
- Tələbələrlə və müəllimlərlə real iş təcrübəsi
- Tələbələrin psixologiyasını anlayan, uşaqlarla düzgün ünsiyyət qura bilən
- Qeydiyyat proseslərini idarə etmə bacarığı
- Valideynlərlə düzgün və səbirli ünsiyyət qurmaq bacarığı
- Səbirli, təmkinli, gülərüz
- Çevik, dinamik və problem həll etmə bacarığı olan
- Gərgin vəziyyətlərdə operativ qərar verə bilən
- Yeniliklərə açıq, kreativ düşüncəli
- Özünü inkişaf etdirməyə maraqlı və motivasiyalı
- Sosial şəbəkələrdən anlayışı olmalıdır
- Rus dili biliyinin yüksək olması üstünlükdür
Vəzifə öhdəlikləri:
- Tələbələrin dərslərə davamiyyətinə və ümumi davranışına nəzarət
- İmtahanların keçirilməsinə və imtahan otağında ciddi nəzarət
- Qeydiyyat proseslərinə nəzarət və yeni tələbələrin qeydiyyatının aparılması
- Müəllimlərin dərs cədvəllərinə nəzarət və koordinasiya
- Tələbələrin ümumi dərs qrafikinin idarə olunması
- Mərkəzə gələn şəxslərin qarşılanması və yönləndirilməsi
- Valideynlərlə görüşlərin və danışıqların aparılması
- Dərs iştiraklarının qeydiyyatı
- Hesabatların hazırlanması və göndərilməsi (reportlar)
- Tədris prosesində yaranan problemlərin operativ şəkildə həll olunması
- Tədris mərkəzinin ümumi nizam-intizamının qorunması
İş şəraiti:
- İş qrafiki: Həftənin 6 günü 10:00 – 20:00
- Maaş: 500 AZN
- Namizədin özünü inkişaf etdirməsi və nəticələrinə görə maaş artımı mümkündür.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.