Mühasib

  • Deadline 7 Sentyabr 2026

İnkişaf edən zərgərlik şirkətimizə məsuliyyətli və peşəkar Mühasib axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Müəssisənin mühasibat və vergi uçotunun aparılması;
  • Vergi, statistika və digər məcburi hesabatların hazırlanması və təqdim edilməsi;
  • Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqələri və digər ödənişlərin hesablanması;
  • İşçilərin işə qəbulu, işdən azad edilməsi və ƏMAS (Əmək Müqavilələrinin Elektron Aktivləşdirmə Sistemi) üzrə əməliyyatların aparılması, müvafiq əmrlərin (əmirlərin) rəsmiləşdirilməsi;
  • Vergi və digər məcburi ödənişlərin düzgün hesablanması və vaxtında ödənilməsinin icrası və nəzarət;
  • İlkin mühasibat sənədlərinin (hesab-faktura, akt, qaimə, müqavilə və s.) düzgünlüyünün yoxlanılması və icra edilməsi;
  • Bank əməliyyatlarının aparılması və pul vəsaitlərinin hərəkətinə nəzarət;
  • Təchizatçılar, müştərilər və podratçılarla hesablaşmaların uçotu və üzləşmələrin aparılması;
  • Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və şirkət xərclərinin uçotunun aparılması;
  • 1C proqramında əməliyyatların düzgün əks etdirilməsi və nəzarət (mühasibat uçotu ilə yanaşı, 1C proqram paketinin satış və ticarət idarəetməsi modulu üzrə malların anbar uçotu, satışı, qalıqlarının izlənilməsi və işlənməsi daxil olmaqla);
  • İnventarizasiya prosesində iştirak və nəticələrin uçotda əks etdirilməsi;
  • Rəhbərlik üçün maliyyə hesabatlarının hazırlanması;
  • Vergi orqanları, banklar və auditorlarla əməkdaşlıq;
  • Mühasibat və vergi qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarət;
  • Zərgərlik məmulatlarının, qiymətli metalların və anbar qalıqlarının uçotuna nəzarət;
  • İstehsal, təmir, satış və zərgərlik məmulatlarının hərəkəti ilə bağlı sənədlərin düzgün rəsmiləşdirilməsinin təmin edilməsi və buna nəzarət;
  • Vəzifə üzrə digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

  • Mühasibat uçotu sahəsində ali təhsil;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • 1C proqramını sərbəst səviyyədə bilmək;
  • Vergi və əmək qanunvericiliyini yaxşı bilmək;
  • Analitik düşüncə, məsuliyyət və detallara diqqət;
  • Zərgərlik sahəsində iş təcrübəsi üstünlükdür
  • Azərbaycan dilini sərbəst bilmək, rus dili biliyi üstünlükdür.

Biz təklif edirik:

  • Stabil və inkişaf edən şirkətdə iş;
  • Peşəkar inkişaf imkanı;
  • Rahat iş mühiti;
  • Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Əlaqə 

  • Daily0
  • Weekly560
  • Monthly577