Memarın vəzifə borcları və öhdəlikləri:
İşçi Cizgilərin Hazırlanması:
- Tikinti sahəsində işlərin düzgün və layihəyə uyğun aparılması üçün zəruri olan memarlıq işçi cizgilərinin hazırlanması.
- Cizgilərin müvafiq norma və standartlara uyğun tərtib edilməsi (milli və ya beynəlxalq standartlara əsasən).
- Cizgilərin koordinasiyalı şəkildə digər ixtisaslarla (konstruksiya, MEP və s.) uzlaşdırılması.
Layihələndirmə və Dizayn Təşəbbüsləri:
- Mövcud eskiz və əsas layihə sənədləri əsasında detallı memarlıq həllərinin işlənməsi.
- Layihəyə dair alternativ memarlıq həlləri və texniki təkliflərin hazırlanması.
Maraqlı tərəflərlə koordinasiya:
- Nəzarət orqanlarının tələblərinə uyğun sənədlərin hazırlanması və vaxtında təqdim edilməsi.
- Gündəlik və ya həftəlik tələblərə uyğun olaraq əlavə izahatların və düzəlişlərin edilməsi.
Tikinti sahəsində müəllif nəzarəti:
- Tikinti prosesində memarlıq işlərinin layihəyə uyğun icrasına nəzarət.
- Yerində yoxlamalar zamanı memarlıq cizgilərində aşkar olunmuş uyğunsuzluqların düzəldilməsi və yerində həll təkliflərinin verilməsi.
Texniki dəstək və şərhlərin verilməsi:
- Sahədə çalışan komandalara cizgilərlə bağlı texniki açıqlamaların verilməsi.
- Sifarişçi və Podratçı tərəfindən verilən qeydlərə cavab hazırlamaq və zəruri dəyişiklikləri yerinə yetirmək.
Layihə sənədlərinin idarə olunması:
- Bütün memarlıq sənədlərinin düzgün formada arxivləşdirilməsi və yenilənməsinin təmin olunması.
- Versiya izləmələrinin (revision tracking) aparılması və təsdiqlənmiş versiyaların istifadəyə verilməsi.
Tələblər:
- Ali təhsil: Memarlıq ixtisası üzrə;
- İş təcrübəsi: Müvafiq sahə üzrə azı 5 il (tikinti və ofis) iş təcrübəsi;
- Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, SNİP, NFPA;
- Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili - arzuolunan
- Kompüter bilikləri: MS Office, AutoCAD;
- Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq.
İş şəraiti:
- İş yeri:Azərbaycan rayonları
- İş rejimi: 6 günlük;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu “Sahə Memarı” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.