Sahə Nəzarətçisi öhdəlikləri
- Layihə üzrə tikinti işlərinin sahədə icrasına nəzarət etmək;
- İşlərin layihə-smeta sənədlərinə və texniki tələblərə uyğun aparılmasını təmin etmək;
- İşlərin icra qrafikinə uyğunluğunu izləmək və vaxtında tamamlanmasına nəzarət etmək;
- Podratçı və subpodratçıların işlərinin keyfiyyətini yoxlamaq;
- Tikinti materiallarının düzgün istifadəsini və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
- Sahədə görülmüş işlər barədə gündəlik və aylıq hesabatlar hazırlamaq;
- Layihə menecerləri və mühəndislərlə koordinasiyalı işləmək.
Namizədə tələblər:
- Ali təhsil (inşaat mühəndisliyi və ya müvafiq sahə üzrə);
- Tikinti sahəsində minimum 2-4 il iş təcrübəsi;
- Regionlarda işləmək imkanının olması (müvafiq rayonlarda layihə bitənə qədər qalmaq şərti ilə);
- Tikinti normaları, texniki qaydalar və qanunvericilik barədə biliklər;
- Layihə-smeta sənədləri ilə işləmək bacarığı;
- MS Office və AutoCAD proqramlarından istifadə bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və komandada işləmə bacarığı.
İş şəraiti:
- İş yeri: Azərbaycan Regionu
- İş rejimi: 6 günlük;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu “Sahə Nəzarətçisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.