Qazanvuran (Boya istehsalatı üzrə operator) tələb olunur
Vəzifə öhdəlikləri:
- Su və sintetik əsaslı boyaların, astarların verilən reseptə (formulaya) uyğun olaraq qazanda hazırlanması;
- Xammalların təyin olunmuş miqdarda və ardıcıllıqla qazana vurulması;
- İstehsalat avadanlıqlarının, mikser və qazanların işlək və təmiz vəziyyətdə saxlanılması;
- İstehsal olunan məhsulun keyfiyyətinə, rəng tonunun düzgünlüyünə nəzarət edilməsi;
- Texnoloji prosesin gedişatında təhlükəsizlik və fərdi mühafizə qaydalarına ciddi riayət olunması.
Tələblər:
- Boya istehsalatı sahəsində (qazan başında) minimum 3 il iş təcrübəsi;
- Kimyəvi xammallarla işləmə bacarığı və boya reseptlərini oxumaq qabiliyyəti;
- Fiziki cəhətdən sağlam, dözümlü və komandada işləmək bacarığı;
- Diqqətli, məsuliyyətli və nizam-intizamlı olmaq.
İş şərtləri:
- İş günləri: 6 gün
- İş saatı: 09:00-18:00
- Əmək haqqı 800-1000 AZN
İş yeri: Binəqədi ray, Pasyolka kirovda Zəngəzur restoranının yanı
Əlaqə nöm: +994502552269 Famil bəy
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər