Qazanvuran

  • Истекает 19 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Qazanvuran (Boya istehsalatı üzrə operator) tələb olunur

Vəzifə öhdəlikləri:

  • Su və sintetik əsaslı boyaların, astarların verilən reseptə (formulaya) uyğun olaraq qazanda hazırlanması;
  • Xammalların təyin olunmuş miqdarda və ardıcıllıqla qazana vurulması;
  • İstehsalat avadanlıqlarının, mikser və qazanların işlək və təmiz vəziyyətdə saxlanılması;
  • İstehsal olunan məhsulun keyfiyyətinə, rəng tonunun düzgünlüyünə nəzarət edilməsi;
  • Texnoloji prosesin gedişatında təhlükəsizlik və fərdi mühafizə qaydalarına ciddi riayət olunması.

Tələblər:

  • Boya istehsalatı sahəsində (qazan başında) minimum 3 il iş təcrübəsi;
  • Kimyəvi xammallarla işləmə bacarığı və boya reseptlərini oxumaq qabiliyyəti;
  • Fiziki cəhətdən sağlam, dözümlü və komandada işləmək bacarığı;
  • Diqqətli, məsuliyyətli və nizam-intizamlı olmaq.

İş şərtləri:

  • İş günləri: 6 gün
  • İş saatı: 09:00-18:00
  • Əmək haqqı 800-1000 AZN

İş yeri: Binəqədi ray, Pasyolka kirovda Zəngəzur restoranının yanı

Əlaqə nöm: +994502552269 Famil bəy

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər

  • Daily132
  • Weekly132
  • Monthly1556