İstehsalat Rəhbəri

  • Истекает 23 май 2026

İş Yeri: FBCO LLC

Lokasiya: Bakı, Azərbaycan

Vəzifənin təsviri

  • Bu vəzifənin rolu istehsalat müəssisəsində bütün proseslərə effektiv idarə edərək maksimal mənfəət əldə etməkdir.Liderliyin, texniki bacarıqların və məhsullar istehsalı proseslərinin başa düşülməsinin  birləşməsini tələb edir. İstehsalat rəhbəri malların səmərəli və keyfiyyətli istehsalını təmin etmək üçün mətbəx işçiləri və digər müvafiq şöbələrlə sıx əməkdaşlıq etməlidir.

Vəzifə öhdəlikləri:

İstehsalata nəzarət:

  • Yüksək keyfiyyətli qida istehsalının təmin edilməsi:
  • İstehsalat rəhbəri bütün məhsulların standartlara uyğun və ən münasib qiymətlərlə hazırlanmasını təmin edərək, bütün qida istehsalı prosesinə və təchizat zəncirinə nəzarət etməlidir;
  • Ərzaq maya dəyərinə və tullantılarına nəzarət:
  • İstehsalat rəhbəri səmərəli istehsal prosesləri və inventar idarəetmə təcrübəsini tətbiq etməklə qida xərclərini izləməli, optimallaşdırmalı və tullantıları minimuma endirməlidir

Komandanın idarə edilməsi:

  • İstehsalat işçilərindən ibarət komandaya rəhbərlik etməli, onların iş rejimini effektiv təşkil etməli və motivasiya etməlidir
  • Bacarıqlı və səmərəli işçi qüvvəsini təmin etmək məqsədilə müəyyən tapşırıqlar əsasında, hədəflər təyin edir və ümumi performansla bağlı fikir bildirir;
  • Yaradıcılıq və komanda işini təşviq edən əməkdaşlıq mühitini inkişaf etdirir.

Reseptlərin hazırlanması və standartlaşması:

  • Müxtəlif bişmiş məhsulların reseptlərini dəqiqləşdirmək üçün kulinariya komandası ilə sıx əməkdaşlıq edir;
  • Bütün məhsullarda davamlı keyfiyyət və dad təmin etmək üçün istehsal proseslərini standartlaşdırır və inkişaf etdirir;
  • Məhsul təkliflərini təkminləşdirmək üçün yeni inqrediyentləri,texnikaları və avadanlıqları sinaqdan keçirib lazım olduqda tətbiq etmək.

İnventar və Təchizat Zəncirinin İdarə edilməsi:

  • Xammalın, inqrediyentlərin və qablaşdırma materiallarının inventarına nəzarət etmək;
  • İnqrediyentlərin mənbəyi: İstehsalat rəhbəri keyfiyyət, qiymət və davamlılıq kimi amilləri nəzərə alaraq məhsullar istehsalı üçün ən yaxşı inqrediyentlərin seçilməsi və əldə edilməsi üçün məsuliyyət daşıyır.

Logistika və Avadanlıqlara baxım:

  • Düzgün prosesi təmin etmək üçün istehsal avadanlıqlarının saxlanılmasına və təmirinə nəzarət edir;
  • İstehsalatdakı fasilələri minimuma endirmək üçün avadanlıqla bağlı problemləri dərhal həll etmək üçün texniki xidmət qrupunu məlumatlandırır;
  • Çatdırılma məntəqələri arasında səmərəli marşrutlar təşkil etməklə məhsulların pərakəndə satış mağazalarında davamlı paylanmasını təmin edir.

Keyfiyyətə Nəzarət və Təminat:

  • İstehsalat rəhbəri bütün növ məhsulların  keyfiyyət standartlarına cavab verməsini təmin etmək üçün keyfiyyətə ciddi nəzarət tədbirləri yaratmalı və tətbiq etməlidir.

Sağlamlıq və Təhlükəsizliyə qaydalarına uyğunluq:

  • Qida təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin etmək: İstehsalat rəhbəri qida məhsullarının düzgün hazırlanması, saxlanması və sanitariya qaydaları da daxil olmaqla bütün müvafiq qida təhlukəsizliyi qaydalarına riayət olunmasını təmin etməlidir.

Hesabat və Sənədləşdirmə:

  • İnventar hesabatları və keyfiyyətə nəzarət sənədləri daxil olmaqla, dəqiq istehsal qeydlərinin aparılması;
  • Verilən təklif və dəyişikliklərin,brend dəyərlərinə uyğun olmasını təmin etmək məqsədilə İstehsalat Rəhbəri Əməliyyat Meneceri və Brend Menecer ilə six əməkdaşlıq etməlidir.

Tələblər

Vəzifə tələbləri:

  • Qida təhlükəsizliyi qaydaları və keyfiyyətə nəzarət prosesləri ilə tanışlıq
  • MS Office proqramları
  • Biznesin İdarəedilməsi və digər müvafiq sahələr üzrə ali təhsil arzuolunandır
  • F&B sahəsində istehsal meneceri və ya yüksək həcmli istehsal müəssisəsində oxşar vəzifələrdə ən azı 3 il iş təcrübəsi.
  • Güclü liderlik və komanda idarəetmə bacarıqları.
  • Təşkilatçılıq bacarıqlar.
  • Detallara diqqət
  • Effektiv ünsiyyət bacarıqları

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily101
  • Weekly568
  • Monthly2277