F “FBCO” MMC
  • 464

“FBCO” MMC

Mətbəx Komanda Rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mətbəx Komanda Rəhbəri

  • Deadline 10 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş Yeri: “Le Pain Quotidien” Restoranı (Sea Breeze)

İş yeri haqqında məlumat:

Le Pain Quotidien — Fransız mətbəxindən ilhamlanan, Belçika mənşəli gündəlik təbii ləzzətləri, səmimi xidmət və Avropa mətbəxi ruhunu birləşdirən beynəlxalq restoran brendidir. Sadəlik, orijinallıq, təbii məhsullar və rahat mühit brendin əsasını təşkil edir. Burada qonaqlar təbii inqrediyentlərlə hazırlanan sağlam yeməklər, təzə bişmiş çörək və dostcasına atmosferlə qarşılaşırlar.

Vəzifənin Qısa Təsviri:

Le Pain Quotidien mətbəx rəhbərləri mətbəxin səmərəli, məhsuldar və keyfiyyətli şəkildə işləməsinə cavabdehdirlər. Onlar komandanı idarə edir, motivasiya edir, təlimlər keçir, keyfiyyətə və gigiyenaya nəzarət edir, eləcə də sifariş proseslərini və anbarı idarə edirlər.

 Vəzifə və Öhdəliklər:

  • Mətbəxdə istifadə olunan bütün məhsulların düzgün qəbulunu, yerləşdirilməsini və düzgün saxlanma qaydalarına əsasən saxlanmasını təmin etmək.
  • Mərkəzi istehsalatdan gələn məhsulların keyfiyyətini yoxlamaq, istifadə müddətini və tələb olunan qaydada saxlanma şəraitini izləmək.
  • Mətbəx komandasının hər bir üzvünün məsuliyyət sahəsini müəyyənləşdirmək, tapşırıqların vaxtında və düzgün icrasına nəzarət etmək.
  • Texniki kitabçaya uyğun olaraq məhsulların hazırlanmasını təmin etmək – düzgün qramajda, təqdimat formasına uyğun, dad və keyfiyyət standartlarına cavab verən şəkildə.
  • Mətbəxdə gigiyena və sanitariya qaydalarına ciddi riayət olunmasına nəzarət etmək və əməkdaşlara bununla bağlı mütəmadi təlimlər keçmək.
  • Təhlükəsizlik qaydalarını izləmək – avadanlıqların düzgün işləməsi, təmizlik və səliqə standartlarının qorunması.
  • İşçi heyətinin növbə cədvəllərini hazırlamaq, istirahət və fasilələri düzgün təşkil etmək.
  • Gündəlik, həftəlik və aylıq məhsul sifarişlərini planlamaq, anbarla koordinasiyalı işləmək.
  • Menecerə hesabatlar təqdim etmək – görülmüş işlər, məhsul istehlakı, itkilər, personal performansı haqqında məlumat vermək.
  • Yeni əməkdaşlara təlim keçmək, iş prosesinə adaptasiyada dəstək olmaq və nümunəvi davranış sərgiləmək.
  • “Gizli müştəri”, daxili və xarici auditlərə uyğun hazırlıq görmək, xidmət və məhsul keyfiyyətinin yüksək səviyyədə olmasını təmin etmək.

Peşəkar Bacarıqlar və Kompetensiyalar:

  • Əsas gigiyena qaydaları üzrə biliklər
  • Yüksək ünsiyyət bacarığı və müştəriyönümlü yanaşma
  • Stresə davamlılıq və motivasiya
  • Dəqiqlik və məsuliyyətlilik

Tələblər:

  • Orta və ya ali təhsil
  • Əlaqəli sahədə minimum 3 il iş təcrübəsi 

Əmək Şəraiti:

  • Əmək haqqı: 1355 AZN (Gross) + satışa əsasən bonus (faiz)
  • İş rejimi: Növbəli iş qrafiki (dəyişən növbələr əsasında)

Əlavə imkanlar:

  • Rəsmi əmək müqaviləsi
  • Nahar ilə təmin olunma
  • Nəqliyyat xərcinin qarşılanması
  • Peşəkar inkişaf və karyera yüksəlişi üçün təlim imkanları
  • Müasir və rahat iş mühiti

MÜRACİƏT QAYDASI

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mətbəx Komanda Rəhbəri” qeyd edərək Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily164
  • Weekly294
  • Monthly1558