İş Yeri: “Le Pain Quotidien” Restoranı (Sea Breeze)
İş yeri haqqında məlumat:
Le Pain Quotidien — Fransız mətbəxindən ilhamlanan, Belçika mənşəli gündəlik təbii ləzzətləri, səmimi xidmət və Avropa mətbəxi ruhunu birləşdirən beynəlxalq restoran brendidir. Sadəlik, orijinallıq, təbii məhsullar və rahat mühit brendin əsasını təşkil edir. Burada qonaqlar təbii inqrediyentlərlə hazırlanan sağlam yeməklər, təzə bişmiş çörək və dostcasına atmosferlə qarşılaşırlar.
Vəzifənin Qısa Təsviri:
Növbə Rəisi restoranın gündəlik fəaliyyətinin düzgün və fasiləsiz şəkildə təşkil olunmasına cavabdehdir. Komandanın idarə olunması, motivasiyası, təlimi və xidmət standartlarının təmin olunması əsas vəzifələrindəndir. Eyni zamanda piştaxtada çalışaraq, müştəri xidmətini birbaşa həyata keçirir.
Əsas Vəzifə və Öhdəliklər:
Qonaq Xidməti və Standartların Tətbiqi
- Qonaqları qarşılayıb, istəyə uyğun şəkildə yerləşdirmək.
- Menyunu təqdim etmək və məhsul seçiminə kömək göstərmək.
- Sifarişi qəbul edib, vaxtında və düzgün şəkildə təqdim etmək.
- Yemək sonrası stolun təmizliyini təmin etmək.
- Ödənişi kassada həyata keçirmək və qonağı gülərüzlə yola salmaq.
Restoranın Ön Sahəsinə Nəzarət
- Komanda ilə birgə işləyərək xidmət keyfiyyətini yüksəltmək.
- İş bölgüsünü planlaşdırmaq və komanda fəaliyyətinə nəzarət etmək.
- Gündəlik tapşırıqları izləmək və icrasını təmin etmək.
Piştaxtanın İdarə Olunması
- Piştaxtanı səliqəli və cəlbedici saxlamaq.
- Məhsulların düzgün yerləşdirilməsi və vaxtında təqdim olunmasına nəzarət.
- Vitrin və piştaxtanın gün ərzində təmiz və dolu qalmasını təmin etmək.
Komanda İdarəçiliyi
- İş bölgüsü və fasilə vaxtlarının düzgün planlaşdırılması.
- Komanda üzvlərinə dəstək olmaq və onların fəaliyyətinə rəhbərlik etmək.
- Menecerin təlimatlarını icra edib, komanda ilə paylaşmaq.
Keyfiyyətə və Standartlara Nəzarət
- “Gizli Müştəri” ziyarətlərinə uyğun xidmət səviyyəsini daima qorumaq.
- Yüksək xidmət və gigiyena standartlarına əməl etmək.
- Restorandakı bütün bölmələrin iş prinsipini bilmək və ehtiyac olduqda dəstək olmaq.
Kassa İdarəçiliyi
- Kassanı işə hazırlamaq və xırda pul təminatını yoxlamaq.
- Gecə növbəsində kassanı bağlayıb hesabat hazırlamaq.
Peşəkar Bacarıqlar və Kompetensiyalar:
- Əsas gigiyena qaydaları üzrə biliklər
- Yüksək ünsiyyət bacarığı və müştəriyönümlü yanaşma
- Stresə davamlılıq və motivasiya
- Dəqiqlik və məsuliyyətlilik
Tələblər:
- Orta və ya ali təhsil
- Əlaqəli sahədə minimum 3 il iş təcrübəsi
Əmək Şəraiti:
- Əmək haqqı: 840 AZN (Gross) + satışa əsasən bonus (faiz) + bəxşiş
- İş rejimi: Növbəli iş qrafiki (dəyişən növbələr əsasında)
Əlavə imkanlar:
- Rəsmi əmək müqaviləsi
- Nahar ilə təmin olunma
- Nəqliyyat xərcinin qarşılanması
- Peşəkar inkişaf və karyera yüksəlişi üçün təlim imkanları
- Müasir və rahat iş mühiti
MÜRACİƏT QAYDASI
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Növə Rəisi” qeyd edərək Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.