İş Yeri: FBCO LLC
Lokasiya: Bakı, Azərbaycan
Vəzifənin təsviri
Vəzifənin məqsədi
- Steward LPQ - kafe ərazisində təmizlik, sanitar-gigiyenik qaydaların qorunması və ümumi nizam-intizamın təmin edilməsinə cavabdehdir. Eyni zamanda, sıx iş saatlarında zal heyətinə dəstək göstərərək xidmət prosesinin fasiləsiz və effektiv təşkilinə kömək edir.
Tələblər
Əsas vəzifələr
- Zal, sanitar qovşaqları və digər ümumi sahələrdə gündəlik təmizliyin təmin edilməsi
- Masaların, döşəmələrin, şüşə səthlərin və avadanlıqların təmiz saxlanılması
- Sanitar-gigiyenik qaydalara və daxili prosedurlara riayət edilməsi
- Qabların, mətbəx inventarının və avadanlıqların yuyulması
- Yuma zonasının daim təmiz və səliqəli saxlanılması
- Təmiz qabların vaxtında təmin olunması və dövriyyəsinin təşkili
- Çirkli qabların zaldan yığılması və yuma zonasına daşınması
- Sıx iş saatlarında ofisiantlara dəstək (masaların təmizlənməsi, zalın hazırlanması və s.)
- Malların qəbulunda və anbarda düzgün yerləşdirilməsində iştirak
- Mərkəzi anbardan kafe anbarına malların daşınmasına dəstək
- Nasazlıqlar və təhlükəli hallar barədə rəhbərliyə məlumat verilməsi
- İş yerində nizam-intizamın qorunması
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi
Tələblər
- 18 yaşdan yalniz kişi namizədlər
- Fiziki dözümlülük (ayaqüstə işləmək, yük qaldırmaq qabiliyyəti)
- Məsuliyyətlilik və intizamlılıq
- Sürətli və intensiv iş mühitində işləmək bacarığı
- Komanda ilə işləmək bacarığı
İş şəraiti
- Əmək qanunvericiliyinə uyğun rəsmi iş
- Təhlükəsiz iş şəraiti
- Zəruri avadanlıq və iş vasitələri ilə təminat
- Dinamik və komanda mühiti
Məsuliyyət
- Vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi
- Şirkətin daxili qaydalarına və sanitar normalara riayət olunması
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.