FBCO MMC FBCO MMC

Stüart (Təmizlikçi) - LPQ - Le Pain Quotidien

Stüart (Təmizlikçi) - LPQ - Le Pain Quotidien

  • Deadline 23 May 2026

İş Yeri: FBCO LLC

Lokasiya: Bakı, Azərbaycan

Vəzifənin təsviri

Vəzifənin məqsədi

  • Steward LPQ - kafe ərazisində təmizlik, sanitar-gigiyenik qaydaların qorunması və ümumi nizam-intizamın təmin edilməsinə cavabdehdir. Eyni zamanda, sıx iş saatlarında zal heyətinə dəstək göstərərək xidmət prosesinin fasiləsiz və effektiv təşkilinə kömək edir.

Tələblər

Əsas vəzifələr

  • Zal, sanitar qovşaqları və digər ümumi sahələrdə gündəlik təmizliyin təmin edilməsi
  • Masaların, döşəmələrin, şüşə səthlərin və avadanlıqların təmiz saxlanılması
  • Sanitar-gigiyenik qaydalara və daxili prosedurlara riayət edilməsi
  • Qabların, mətbəx inventarının və avadanlıqların yuyulması
  • Yuma zonasının daim təmiz və səliqəli saxlanılması
  • Təmiz qabların vaxtında təmin olunması və dövriyyəsinin təşkili
  • Çirkli qabların zaldan yığılması və yuma zonasına daşınması
  • Sıx iş saatlarında ofisiantlara dəstək (masaların təmizlənməsi, zalın hazırlanması və s.)
  • Malların qəbulunda və anbarda düzgün yerləşdirilməsində iştirak
  • Mərkəzi anbardan kafe anbarına malların daşınmasına dəstək
  • Nasazlıqlar və təhlükəli hallar barədə rəhbərliyə məlumat verilməsi
  • İş yerində nizam-intizamın qorunması
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi

Tələblər

  • 18 yaşdan yalniz kişi namizədlər
  • Fiziki dözümlülük (ayaqüstə işləmək, yük qaldırmaq qabiliyyəti)
  • Məsuliyyətlilik və intizamlılıq
  • Sürətli və intensiv iş mühitində işləmək bacarığı
  • Komanda ilə işləmək bacarığı

İş şəraiti

  • Əmək qanunvericiliyinə uyğun rəsmi iş
  • Təhlükəsiz iş şəraiti
  • Zəruri avadanlıq və iş vasitələri ilə təminat
  • Dinamik və komanda mühiti

Məsuliyyət

  • Vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi
  • Şirkətin daxili qaydalarına və sanitar normalara riayət olunması
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly580
  • Monthly2289