İş yeri: Bakı
İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00
Vəzifə öhdəlikləri
- Müəssisədə mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə təşkil və idarə olunmasını təmin etmək;
- Maliyyə, vergi, DSMF, statistika və digər dövlət qurumlarına təqdim olunan hesabatların hazırlanmasını və vaxtında təqdim edilməsini təmin etmək;
- Aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Vergi öhdəliklərinin düzgün hesablanmasına və yerinə yetirilməsinə nəzarət etmək;
- Bank əməliyyatları, kassa əməliyyatları və ödəniş proseslərini idarə etmək;
- Debitor və kreditor borclarına nəzarət etmək;
- Elektron qaimə-fakturaların, e-qaimələrin və digər elektron maliyyə sənədlərinin hazırlanmasına nəzarət etmək;
- Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsini və saxlanılmasını təmin etmək;
- Daxili maliyyə nəzarəti və risklərin idarə olunması proseslərini təşkil etmək;
Namizədə tələblər
- Yaş həddi: 30–55 yaş
- Təhsil: Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat ixtisası üzrə ali təhsil
- İş təcrübəsi: Mühasibatlıq sahəsində minimum 5 il, o cümlədən Baş mühasib və ya Aparıcı mühasib vəzifəsində iş təcrübəsi
- Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə ali təhsil;
- Mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi;
- Baş mühasib və ya Aparıcı mühasib kimi rəhbər vəzifədə iş təcrübəsi;
- 1C (və ya digər ERP proqramları) və MS Excel proqramlarını yüksək səviyyədə bilmək;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini, Əmək Məcəlləsini və mühasibat uçotu üzrə normativ-hüquqi aktları yaxşı bilmək;
- Analitik düşünmə, yüksək məsuliyyət, dəqiqlik və planlaşdırma bacarığı;
- Komandanı idarəetmə və qərarvermə bacarığı;
- PMS peşəkar maliyyə sertifikatlarının olması üstünlükdür.
Şirkət tərəfindən təklif olunur
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;
- Stabil və uzunmüddətli iş imkanı;
- Peşəkar və dinamik komandada çalışma imkanı;
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində “Baş mühasib” qeyd edilməsi xahiş olunur.