Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Faktorinq bölməsində Faktorinq üzrə kiçik mütəxəssis/mütəxəssis (İngilis və ya alman dili üzrə) vakansiyasını elan edir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Hansı özəlliklərə malik olmalıdır?
- Ali təhsil (maliyyə-kredit, iqtisadiyyat və digər əlaqəli sahə üzrə)
- 21-35 yaş aralığı
- Əla səviyyədə İngilis dili və ya alman dili biliyi
- Yaxşı səviyyədə riyazi biliklər və analitik qabiliyyət
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
- Ofis proqramları (Word, Excel, Outlook) üzrə biliklər
Faktorinq üzrə kiçik mütəxəssis/mütəxəssis (İngilis və ya alman dili üzrə) nə iş görür?
- Müraciət etmiş müştərilərin faktorinq şərtləri barədə məlumatlandırılması
- Müştəri müraciətlərinin qəbulunun həyata keçirilməsi və sistemə daxil edilməsi
- Müştərilərin ödəmə qabiliyyətinin təhlil edilməsi
- Müqavilələrin hazırlanması, müvafiq sənədləşmənin həyata keçirilməsi
- Portfelə nəzarət və gündəlik ödəmələrin təqib edilməsi
Əlavə məlumat
- 5 günlük iş qrafiki: 10:00 – 19:00
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Faktorinq üzrə kiçik mütəxəssis/mütəxəssis (İngilis və ya alman dili üzrə)” qeyd etməklə Müraciət Et butonunda qeyd olunan e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.