Tələb olunan bilik və bacarıqlar:
- İnşaat mühəndisliyi üzrə ali təhsil
- Müvafiq sahədə minimum 5 il təcrübə
- Tikinti smeta proqramlarında yüksək səviyyədə bilik
- Analitik düşüncə, detal yönümlülük və liderlik bacarıqları
- Tikinti normativləri və standartları üzrə məlumatlılıq
Əsas vəzifə öhdəlikləri:
- Mühəndis-smetaçı komandasının fəaliyyətinə peşəkar nəzarət
- Tikinti bazarındakı qiymət dəyişikliklərinin mütəmadi araşdırılması
- Memarlıq, konstruktor və santexnika layihələrinin iş həcminin və smeta dəyərinin hesablanması
- Tikinti və təmir işlərinin smetasının dəqiq şəkildə hazırlanması
- Layihədə nəzərdə tutulmayan əlavə işlərin həcminin çıxarılması və dəyərinin hesablanması
- Podratçı təşkilatlar tərəfindən görülmüş işlərin smeta dəyərlərinin yoxlanılması və təhlili
- Smeta proqramlarının təkmilləşdirilməsi və proseslərin optimallaşdırılması
Sizi nə gözləyir?
- Kompleks layihələrdə iştirak imkanı
- Peşəkar mühəndis komandası ilə əməkdaşlıq
- İnkişaf yönümlü şirkət mədəniyyəti
İş şəraiti:
- İş yeri: Bakı şəhəri
- İş Qrafiki: Həftə içi 6 gün | 09:00 – 18:00
Əmək haqqı: 5000 AZN
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.