Fierra Concept MMC komandamıza CNC Operatoru axtarır!
İş şəraiti
- İş yeri: Fierra Concept fabriki
- Ünvan: Məhəmmədli qəs., Veseyoglu anbarlarının arxası
- Əmək haqqı: Müsahibə zamanı müəyyən olunacaq
İş qrafiki:
- I – V günlər: 09:00 – 18:00
- VI gün: 10:00 – 16:00
Əsas vəzifə öhdəlikləri:
- NC dəzgahının sazlanması və idarə olunması
- Texniki rəsmlərə və ölçülərə əsasən kəsim işlərinin aparılması
- STL, DXF və digər fayl formatları ilə işləmə
- İstehsal planına uyğun məhsulların hazırlanması
- Avadanlıqların texniki baxımına nəzarət etmək
Namizədə tələblər:
- CNC operatoru kimi ən azı 1-2 il iş təcrübəsi
- Ağac və MDF materiallarının xüsusiyyətlərini bilməsi
- Texniki rəsmləri və ölçüləri düzgün oxuma bacarığı
- Məsuliyyətli, diqqətli və komandada işləmə bacarığı
- İşinə peşəkar yanaşma
Müraciət üçün:
CV-nizi “CNC Operatoru” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.