F Finance Consulting and Audit
  • 475

Finance Consulting and Audit

Maliyyə xidmətləri , Audit

Aparıcı mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aparıcı mühasib

  • Deadline 8 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə olan tələblər: 

  • Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadi təhsil sahələrdə bakalavr dərəcəsi);
  • Aparıcı mühasib olaraq ən az 1-2 il iş təcrübəsi;
  • Azərbaycan dili səlis, rus dili biliyi orta, ingilis dili orta səviyyədə;
  • Peşəkar mühasib sertifikatı arzu olunandır;
  • MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə;
  • Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər
  • Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi

Vəzifə öhdəlikləri:  

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
  • Vergi və mühasibat uçotunun aparılması;
  • Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Debitor və kreditor hesablaşmaların aparılması;
  • Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödəmək;
  • Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
  • Mal-materialların uçotunun aparılması;
  • İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
  • Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
  • Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
  • Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Aylıq, rüblük və illik bütün Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara vaxtında təqdim edilməsi.
  • Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödəmələr etmək;
  • Gördüyü işlərlə bağlı gündəlik və aylıq hesabatlar tərtib etmək;
  • Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
  • Məxfilik prinsiplərini pozmamaq.
  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;

İş şərtlərimiz:

  • Əmək haqqı: Namizədin bilik səviyyəsinə uyğun müsahibə əsasında tənzimlənəcək. 
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Nərimanov rayonu, Xan Şuşinski 49, Green Plaza

Əlaqə: +994 50 777 90 22

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Aparıcı mühasib” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily5
  • Weekly537
  • Monthly741