Finance Consulting and Audit Finance Consulting and Audit
  • 702

Finance Consulting and Audit

Maliyyə xidmətləri , Audit

Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 24 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə olan tələblər: 

  • Ali təhsil (maliyyə,mühasibatlıq və ya iqtisadiyyat üzrə)
  • Dəqiqlik, məsuliyyətlilik və komandada işləmək bacarığı
  • Azərbaycan dili səlis, rus dili biliyi orta, ingilis dili orta səviyyədə;
  • MS Windows, MS Office (Excel, Word, Outlook) orta səviyyədə;
  • Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər

Vəzifə öhdəlikləri:  

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
  • Vergi və mühasibat uçotunun aparılması;
  • Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödəmək;
  • Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödəmələr etmək;
  • Gördüyü işlərlə bağlı gündəlik və aylıq hesabatlar tərtib etmək;
  • Məxfilik prinsiplərini pozmamaq.
  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;

İş şərtlərimiz:

  • Əmək haqqı: Namizədin bilik səviyyəsinə uyğun müsahibə əsasında tənzimlənəcək.
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Nərimanov rayonu, Xan Şuşinski 49, Green Plaza

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “mühasib” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily42
  • Weekly349
  • Monthly2029