FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Ağcabədi, Beyləqan, İmişli,Kürdəmir,Sabirabad filialları üçün Filial Kredit Satışı üzrə İşçi vəzifəsinə vakansiyalar elan edir.
Təsvir
- Müştərilərlə yerində görüşlər təşkil edərək onların fəaliyyətini və maliyyə ehtiyaclarını qiymətləndirmək, uyğun kredit məhsullarını təqdim etmək
- Müştərinin maliyyə və kredit qabiliyyətini təhlil etmək məqsədilə gəlir, xərc və biznes dövriyyəsi üzrə məlumatların toplanması və analizini həyata keçirmək
- Müştərinin biznes və sosial məlumatlarını təhlil edərək fəaliyyətinin real mövcudluğunu və kreditin məqsədəuyğunluğunu qiymətləndirmək
- Uyğunluq meyarlarına cavab verən müştərilər üzrə kredit ərizələrinin təqdim edilməsi, doldurulmasına nəzarət və əsas bank sisteminə daxil edilməsi
- Müştəri məlumatlarının (əlaqə, biznes və sosial məlumatlar) tamlığı və düzgünlüyünün təmin edilməsi, məlumatların toplanması, yoxlanılması və sistemə daxil edilməsi
- Səlahiyyət və funksional fəaliyyət çərçivəsindən kənara çıxan müştəri sorğularını qüvvədə olan siyasət və prosedurlara uyğun olaraq aidiyyəti bölmələrə yönləndirmək
- Satış hədəflərinə nail olmaq, müştəri portfelini genişləndirmək və ərazi üzrə kredit satışlarının artırılmasına yönəlik aktiv fəaliyyət göstərm
- Səlahiyyət və funksional fəaliyyət çərçivəsindən kənara çıxan müştəri sorğularını qüvvədə olan siyasət və prosedurlara uyğun olaraq aidiyyəti bölmələrə yönləndirmək
- Kredit məhsulunun verilmə məqsədini və müştərinin biznes/təsərrüfat ehtiyaclarına uyğunluğunu qiymətləndirmək
- Müştərinin kredit tarixçəsini Kredit Bürosu, kredit reyestri və daxili sistemlər üzrə yoxlamaq, nəticələri sistemə daxil etmək və kredit risklərini təhlil etmək
- Zamin tələb olunan hallarda zaminin maliyyə vəziyyətini və öhdəlikləri yerinə yetirmə qabiliyyətini qiymətləndirmək, riskli hallarda prosesi dayandıraraq rəhbərliyi məlumatlandırmaq
- Kredit sənədlərinin tamlığını yoxlamaq və kredit paketinin düzgün formalaşdırılmasını təmin etmək
- Təsdiq olunmuş kreditlər üzrə müştəriləri məlumatlandırmaq və növbəti mərhələləri izah etmək
- Kredit verildikdən sonra müştərinin fəaliyyətinin monitorinqində iştirak etmək və kreditin məqsədli istifadəsini yoxlamaq
- Müştəri sorğularını operativ cavablandırmaq və yüksək xidmət keyfiyyətini təmin etmək
Tələblər
- Təhsil: Ali və ya Kollec təhsili;
- Təcrübə: Bank, bank olmayan kredit təşkilatı və ya lizinq şirkətlərində mikro və biznes kreditləri sahəsində minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
- Kompüter bacarıqları: MS Office proqramlarıda sərbəst işləmək bacarığı;
- Sürücülük vəsiqəsi olan namizədlərə üstünlük verilir;
- Birbaşa müştəri cəlbi və kredit satışı üzrə praktiki təcrübə;
- Müştərinin gəlir və xərclərini qiymətləndirmək bacarığı;
- Müştəri ehtiyaclarını müəyyən etmək və uyğun həll etmək bacarığı;
- Kredit məhsulları, kredit siyasəti və kreditləşmə prosedurları üzrə prosedurları üzrə biliklər;
- Güclü satış, təqdimat və danışıqlar aparmaq bacarığı
- Analitik düşünmə və problem həlletmə bacarığı;
- Komandada işləmək və təşəbbüskarlıq bacarığı;
- Planlaşdırma, təşkilatçılıq və hesabatlılıq bacarığı.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Tibbi Sığorta (işçini əhatə edən)
- Peşəkar beynəlxalq iş mühiti
- Təlimlər
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.