Daxili nəzarət üzrə kiçik işçi

  • Истекает 2 ноябрь 2025

Təsvir

  • FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofis üzrə Daxili nəzarət üzrə kiçik işçi vəzifəsini elan edir.

Əsas vəzifə öhdəlikləri hansılardır?

  • Baş Ofisdə baş verən kreditvermə və ödənişlərin yığımı proseslərini müşahidə etmək və uyğunluq səviyyəsini müəyyən etmək üçün kreditvermə və ödənişlərin yığımı prosesini yoxlamaq:
  • Müştərilərin kredit prosesini və kredit şərtlərini düzgün başa düşüb-düşməməsini müəyyən etmək üçün müştəri ilə əlaqə saxlamaq,həmçinin şikayətlərlə və müştəri müraciətləri ilə bağlı sorğuların aparılması.
  • Kreditvermə və yığım prosesində aidiyyəti işçilər tərəfindən aparılan danışıqları dinləmək və kreditvermə təlimatlarına, prosedurlarına əsasən uyğunsuzluğu müəyyən etmək.
  • Hesabatların vaxtlı-vaxtında hazırlanması və Daxili Nəzarət Rəhbərinə təqdim edilməsi.
  • Təlimat və prosedurların icrası zamanı təkmilləşdirmə üzrə tövsiyələr vermək.
  • Kreditvermə və ödənişlərinin yığılması prosesinin RCSA Qiymətləndirmədə qeyd olunmuş kontrol mexanizmlərini yoxlamaq:
  • Kreditvermə təlimatında nəzərdə tutulmuş kredit sənədlərinin müştəri üzrə olub-olmamasını, səhv və ya düzgün şəkildə doldurulumasını yoxlamaq.
  • Satış, Yığım Supervayzerlərinin öz öhdəliklərini adekvat qaydada icra etdiklərini təsdiqləmək
  • Kredit Təsdiq prosessində müştərilərə verilən kreditlərin müvafiq sənədlər və biznes analiz əsasında verilməsini təstiqləmək.
  • Daxili Nəzarət İşçilərinə (aparıcı, baş daxili nəzarət işçisi) dəstək.

Təhsil və təcrübə:     

  • Bakalavr Dərəcəsi - Biznesin İdarə Edilməsi, Maliyyə, İqtisadiyyat və ya ekvilalent ixtisas.
  • Daxili nəzarət, risklərin idarə edilməsi, audit (daxili/kənar), komplayens sahələrində ən azı 6 ay iş təcrübəsi (maliyyə institutlarında təcrübə üstünlükdür);

Kompüter Bilikləri: 

  •   MS Office (Word, Excel, Outlook, Powerpoint)

Dil Bilikləri:

  •  Azərbaycan dilini səlis bilmək tələb olunur.
  • Rus və İngilis dilini səlis bilmək üstünlükdür.

Bacarıqlar:         

  • Mühakimə və qərar qəbuletmə
  • İşçilərə dəstək göstərmək bacarığı
  • Şifahi və yazılı ünsiyyət
  • Güclü dinləmə qabiliyyəti
  • Komanda işi

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat
  • Təcrübə - 1 ilədək

İmtiyazlar

  • Əmək Müqaviləsi və qanunvericilikdə nəzərdə tutulan vəzifə üzrə əsas məzuniyyət günlərinə əlavə şirkət tərəfindən təqdim olunan əlavə 2 məzuniyyət günü haqqı
  • Tibbi Sığorta (işçini əhatə edən)
  • Həyat Yığım sığortasından istifadə etmək imkanı
  • Push30
  • Peşəkar beynəlxalq iş mühiti
  • Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar
  • İş Qrafiki: Bazar Ertəsi – Cümə günləri, saat 09:00 - 18:00. Şənbə, Bazar günləri, dövlət bayramları və milli hüzn günləri qeyri-iş günləridir

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily101
  • Weekly312
  • Monthly675