Korporativ Hüquqşünas

  • Deadline 10 Noyabr 2025

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş ofis üçün Korporativ işlər üzrə Hüquqşünas vəzifəsinə işçi axtarışı elan edir.

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Müqavilələrə və digər hüquqi qüvvəyə malik sənədlərə hüquqi baxışın keçirilməsi.
  • Bütün struktur bölmələrə, hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar verilməsinə dəstək göstərmək;
  • Qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
  • Azərbaycan qanunlarında və qaydalarında, xüsusən də maliyyə və korporativ sektorlara təsir edən dəyişikliklər, düzəlişlər və yeni inkişaflardan xəbərdar olmaq və aidiyyatı strukturları bu barədə məlumatlandırmaq;
  • Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilməsi;
  • Korporativ hüquq fəaliyyət ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayır, aidiyyəti struktur bölmələrlə razılaşdırır;
  • Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirir, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin edir;
  • Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hazırlayır, hüquqi ekspertizasını həyata keçirərək rəy verir;

Namizəddən gözləntilərimiz:

  • Hüquq üzrə bakalavr dərəcəsi (Magistr dərəcəsi LLM, MBA üstünlükdür)
  • İş təcrübəsi: 1 il (müqavilə, beynəlxalq müqavilə tərtibi və ya ekspertizası)
  • Bank sahəsində iş təcrübəsinin olması üstünlükdür;
  • Hüquq sahəsində geniş təcrübə: Mülki, əmək və bank qanunvericiliyi üzrə geniş biliklər
  • Dil bilikləri: Azərbaycan dili səlis, ingilis dili-yaxşı, rus dili üstünlükdür
  • Kompüter bilikləri: Microsoft Office (xüsusən Word, Excel, Power Point)

Bacarıqlar:

  • Analitik bacarıqlar
  • Ünsiyyət
  • Təfərrüata diqqət
  • Problemin həlli
  • Layihə İdarəetmə
  • Multifunksionallıq

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat
  • Təcrübə 1-2 il
  • Təhsil - Bakalavr

İmtiyazlar

  • Tibbi Sığorta (işçini əhatə edən)
  • Peşəkar beynəlxalq iş mühiti

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily17
  • Weekly639
  • Monthly1001