FINCA Azerbaijan FINCA Azerbaijan
  • 270

Korporativ işlər üzrə Hüquqşünas

  • Deadline 12 İyun 2025

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Baş ofis üçün Korporativ işlər üzrə Hüquqşünas vəzifəsinə işçi axtarışı elan edir.

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Müqavilələrə və digər hüquqi qüvvəyə malik sənədlərə hüquqi baxışın keçirilməsi.
  • Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar verilməsinə dəstək göstərmək;
  • Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
  • Azərbaycan qanunlarında və qaydalarında, xüsusən də maliyyə və korporativ sektorlara təsir edən dəyişikliklər, düzəlişlər və yeni inkişaflardan xəbərdar olmaq.
  • Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilməsi;
  • Korporativ hüquq fəaliyyət ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayır, aidiyyəti struktur bölmələrlə razılaşdırır;
  • Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirir, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin edir;
  • Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy verir;
  • Təşkilatın mövqeyinin lazımi qaydada müdafiə olunması istiqamətində bütün daxili sənədləşmə və hazırlıq işlərini görmək və qanunvericiliklə müəyyənləşdirilmiş hüquqlardan (məhkəmə qərarlarından şikayət vermə, iddiaya və ya şikayətə etiraz, hakimə və ya məhkəmə tərkibinə etiraz və s.) lazımi qaydada istifadə etmək;
  • İşlərin məhkəmədə baxılması zərurəti aradan qalxarsa həmin işlər məhkəmədən geri götürülməsi ilə bağlı tədbirlər görmək;
  • Məhkəmə aktları məhkəmə tərəfindən rəsmi olaraq Təşkilata göndərilmədikdə onların alınması üçün bütün mümkün tədbirləri görür, şifahi və yazılı müraciətlər etmək;
  • Məhkəmədən, hüquq mühafizə orqanlarından və digər dövlət orqanlarından gələn sorğu və məktubların qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə cavablandırılması üçün tədbirlər görmək.
  • Ehtiyac olduqda cinayət və inzibati işləri üzrə ibtidai istintaqda və məhkəmədə Təşkilatı təmsil etmək, müvafiq prosessual hərəkətləri etmək

Namizəddən gözləntilərimiz:

  • Hüquq üzrə bakalavr dərəcəsi (Magistr dərəcəsi üstünlükdür)
  • Hüquq sahəsində geniş təcrübə: Azərbaycan qanunları və qaydaları, xüsusən də maliyyə və korporativ sektorlar üzrə hərtərəfli bilik
  • Azərbaycan dilində səlis danışıq bacarığı; Sərbəst ingilis dili səviyyəsi tələb olunur (mütləq tələbdir)

Bacarıqlar:

  • Analitik bacarıqlar
  • Ünsiyyət
  • Təfərrüata diqqət
  • Problemin həlli
  • Layihə İdarəetmə

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat
  • Təcrübə - 3-4 il
  • Təhsil - Bakalavr

İmtiyazlar

  • Tibbi Sığorta (işçini əhatə edən)
  • Həyat Yığım sığortasından istifadə etmək imkanı
  • Peşəkar inkişaf imkanları
  • Əmək Müqaviləsi və qanunvericilikdə nəzərdə tutulan vəzifə üzrə əsas məzuniyyət günlərinə əlavə şirkət tərəfindən təqdim olunan əlavə 2 məzuniyyət günü
  • Qeyd: İş Qrafiki: Bazar Ertəsi – Cümə günləri, saat 09:00 - 18:00. Şənbə, Bazar günləri, dövlət bayramları və milli hüzn günləri qeyri-iş günləridi

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily142
  • Weekly303
  • Monthly1048