“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş ofis üçün Korporativ işlər üzrə Hüquqşünas vəzifəsinə işçi axtarışı elan edir.
Vəzifənin əsas öhdəlikləri hansılardır?
- Müqavilələrə və digər hüquqi sənədlərə hüquqi baxışın keçirilməsi.
- Standart müqavilə formalarının hazırlanmasını, standart vı qeyri-standart müqavilə formalarının hüquqi ekspertizasını icra etmək;
- Şirkət rəhbərliyinə, struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar verilməsinə dəstək göstərmək;
- Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
- Azərbaycan qanunlarında və qaydalarında, xüsusən də maliyyə və korporativ sektorlara təsir edən dəyişikliklər, düzəlişlər və yeni inkişaflardan xəbərdar olmaq.
- Qanunvericilik dəyişikliklərinin şirkətin əməliyyatlarına necə təsir etdiyini təhlil etmək və uyğunluğu təmin etmək üçün vaxtında tövsiyələr vermək.
- Müvafiq hüquqi yenilikləri daxili maraqlı tərəflərə fəal şəkildə çatdırmaq və şirkətin siyasət və prosedurlarının cari qanuni tələbləri əks etdirməsini təmin etmək.
- Maliyyə məhsullarına hüquqi baxışın keçirilməsi.
- Dövlət orqanları və təşkilatlarla yazışmalar aparmaq;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilməsi;
- Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak edir;
- Korporativ hüquq fəaliyyəti ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayır, aidiyyəti struktur bölmələrlə razılaşdırır;
- Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirir və rəy verir;
- Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirir, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin edir;
- Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy verir;
- Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxır, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər verir.
Namizəddən gözləntilərimiz:
- Hüquq üzrə bakalavr dərəcəsi (Magistr dərəcəsi LLM, MBA üstünlükdür)
- Bank sahəsində iş təcrübəsi üstünlükdür;
- İş təcrübəsi : minimum 3 ilədək (müqavilə, beynəlxalq müqavilə tərtibi və ya ekspertizası üzrə)
- Hüquq sahəsində geniş təcrübə: mülki,əmək və bank qanunvericiliyi üzrə geniş biliklər
- Dil bilikləri: Azərbaycan dili sərbəst, ingilis dili yaxşı səviyyədə, rus dili üstünlükdür
- Kompüter bilikləri: Microsoft Office əla səviyyədə (xüsusilə Word, Excel, Power Point)
Bacarıqlar:
- Analitik bacarıqlar
- Ünsiyyət
- Təfərrüata diqqət
- Problemin həlli
- Layihə İdarəetmə
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Tibbi Sığorta (işçini əhatə edən)
- Həyat Yığım sığortasından istifadə etmək imkanı
- Peşəkar inkişaf imkanları
- Əmək Müqaviləsi və qanunvericilikdə nəzərdə tutulan vəzifə üzrə əsas məzuniyyət günlərinə əlavə şirkət tərəfindən təqdim olunan əlavə 2 məzuniyyət günü
- Qeyd: İş Qrafiki: Bazar Ertəsi – Cümə günləri, saat 09:00 - 18:00. Şənbə, Bazar günləri, dövlət bayramları və milli hüzn günləri qeyri-iş günləridi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.