Finca Azerbaijan Finca Azerbaijan
  • 419

Kredit Mütəxəssisi (Bakı filialları üzrə)

Kredit Mütəxəssisi (Bakı filialları üzrə)

  • Deadline 11 Mart 2026

Təsvir

FINCA Azerbaijan” Qeyri-Bank Kredit təşkilatı Bakı  filialları üzrə "Kredit Mütəxəssisi" vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə öhdəlikləri hansılardır?

  • Təyin olunmuş ərazi üzrə müştərilərin biznes və təsərrüfatlarına səfər edərək potensial müştərilərlə görüşmək.
  • Müştəri ehtiyaclarını anlayaraq təşkilatın mövcud kredit məhsullarını, habelə bu məhsulların şərtlərini izah etmək.
  • Marketinq və təqdimat məqsədilə, həmçinin yeni satış imkanları əldə etmək üçün posterlər, broşuralar, flayer kimi materialları hədəf müştəri qruplarına yaymaq.
  • Kredit təhlili və anderraytinqi üçün Mərkəzləşdirilmiş Kredit Satış qrupuna bütün zəruri sənədləri təqdim etmək.
  •  Müştəri cəlbi, planlaşdırılan fəaliyyətlərə dair Ərazi Menecerinə müntəzəm hesabat təqdim etmək.

Tələblər

  • Biznes və təsərrüfat kreditləri üzrə minimum 6 ay iş təcrübəsi
  • Ali təhsil və ya Kollec təhsili
  • Güclü dinləmə, təqdimat, ünsiyyət və vaxt idarəetmə bacarıqları.
  • Məhsul və xidmətlərin satış texnikalarına bələd olmaq.
  • Müştəri ehtiyaclarını anlamaq, müxtəlif profildə olan müştərilərlə məhsuldar ünsiyyət qura bilmək və idarə etmək bacarığı.
  • Microsoft Ofis proqramlarından istifadə edə bilmək bacarığı.
  • Azərbaycan dilində səlis danışmaq.

Xüsusi tələb: Sürücülük vəsiqəsi mütləqdir, avtomobilin olması üstünlük sayılır

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat
  • Təcrübə 1 ilədək
  • Vəzifə dərəcəsi Mütəxəssis
  • Təhsil Bakalavr

İmtiyazlar

  • Tibbi Sığorta (işçini əhatə edən)
  • Sabit əmək haqqı \+performansa əsaslanan bonus
  • yanacaq və amortizasiya xərcləri şirkət tərəfindən qarşılanır

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly606
  • Monthly0