“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı " Marketinq mütəxəssisi" vəzifəsini elan edir.
Vəzifənin əsas öhdəlikləri hansılardır?
- Cari məhsullar üzrə trendlərin və bazar istiqamətlərinin izlənilməsi, yeni bazar imkanlarının və hədəf auditoriyaların müəyyən edilməsi
- Kəmiyyət və keyfiyyət əsaslı araşdırmaların təşkili: sorğular, fokus qruplar
- Toplanan məlumatların analizi və təhlili, məlumatların emalı prosesinə rəhbərlik
- Rəqib analizinin aparılması, bazardakı mövqelərin dəyərləndirilməsi və hesabatların hazırlanması
- Araşdırmaların nəticələrinə əsaslanaraq məhsul və satış strategiyalarına dair təkliflərin verilməsi
- Marketinq tədbirlərinin (kampaniyalar, regionlarda tədbirlər, təqdimatlar və s.) təşkili və icrası
- Regionlarda keçirilən tədbirlər və sahə marketinq fəaliyyətləri üçün ezamiyyətlərdə iştirak
- Brend tanıtımı və vizual kimlik standartlarının tətbiqinə nəzarət və təşəbbüslərin hazırlanması
- Daxili və xarici kommunikasiyalar üçün mesaj və materialların hazırlanması
- Promo, çap və vizual materialların (bannerlər, bukletlər, broşurlar və s.) sifarişi, dizayn prosesinin koordinasiyası
- Satış komandasına dəstək məqsədilə materialların hazırlanması və təmin edilməsi
- Marketinq layihələrinin icrasına və idarə olunmasına ümumi dəstək göstərilməsi
Tələblər
- Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə)
- Marketinq, müştəri davranışlarının təhlili və ya əlaqəli sahələrdə ən azı 2 il təcrübə (maliyyə sektorunda təcrübə arzuolunandır)
- Yaradıcı düşüncə və təşəbbüskarlıq
- Komandada işləmək və sahə ezamiyyələrinə hazır olmaq
- Microsoft Word, Excel Power Point ofis proqramlarından peşəkar qaydada istifadə
- Azərbaycan və ingilis dilində yüksək səviyyədə yazı və nitq bacarığı (rus dili arzuolunandır)
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 1-2 il
- Təhsil - Bakalavr
İmtiyazlar
- Tibbi Sığorta (işçini əhatə edən)
- Həyat Yığım sığortasından istifadə etmək imkanı
- Beynəlxalq iş mühütü
- Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyala
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.