FINCA Azerbaijan FINCA Azerbaijan
  • 790

Mərkəzləşdirilmiş Yığım Meneceri

  • Deadline 13 Yanvar 2025

Vəzifə öhdəlikləri:

  • Strateji və əməliyyat planları üzrə uzaq və yaxın məqsədlərə doğru tərəqqini təmin etmək üçün Mərkəzləşdirilmiş Yığım Şöbəsinin komandası vasitəsi ilə hədəf qrupda geri yığımları əldə etmək
  • Təşkilatın PAR (Risk altında olan Portfolio) hədəfinə nail olmaq üçün prioritet olmaqla, təşkilatın yığım siyasətini anlamaq.
  • Müştərilərin kredit tarixçələrini bərpa etməyə çalışmaq, təşkilatın müştəri bazasını qorumaq üçün yığım proseslərini təşkil etmək.
  • Mərkəzləşdirilmiş Yığım Supervayzerlərinin gündəlik iş bölgüsünü prioritet üzrə etmək, müşahidə etmək, rast gəlinən zəif məqamları dəyərləndirmək və aidiyyatı istiqamətdə təlimləndirmək
  • Ən yaxşı təcrübə, sistem, siyasət, proseduralar və sənədləşmə ( maliyyə xidmətləri və digər) barədə məlumat və bilikləri Mərkəzləşdirilimiş Yığım şöbəsinin heyətinin arasında yaymaq/ təlimatlandırmaq. Mövcud sistem, siyasət və proseduraların təkminləşdirilməsi üzrə Xətti Menecerinə təkliflər vermək və yeni ideyaların həyata keçirilməsində kömək etmək.
  • Komanda işinin təkmilləşdirilməsi yolunda Supervayzerlərlə birlikdə daima yeniliklər təklif etmək və həyata keçirilməsinə yaxından dəstək olmaq
  • Tələb olunduğu kimi, yeni/təkmil Mərkəzləşdirilmiş Yığım xidmətləri növlərinin layihələşdirilməsi, sınaqdan keçirilməsi və yayılmasına kömək etmək.
  • Təlimata dəyişilik və əlavələrin olunmasında , yeni MEMO-ların hazırlanmasında yaxından iştirak etmək
  • Bütün işgüzar fəaliyyətlərin şirkət dəyərlərinə, siyasətlərinə və etik davranış qaydalarına uyğun aparılmasını təmin etmək.
  • Birbaşa menecer tərəfindən müəyyən edilmiş digər tapşırıqların yerinə yetirilməsinə dəstək göstərmək.
  • Komanda üzvlərinin fəaliyyətlərinin gedişində qarşılaşdıqları problemləri təhlil etmək və onların həlli üçün alternativ yollar tapmaq.
  • Mütəmadi (həftəlik, aylıq, rüblük və s.) fəaliyyəti barədə hesabatlar hazırlamaq və onları müəyyən edilmiş tarixlərə uyğun olaraq rəhbərliyə təqdim etmək; 
  • Aktiv Portfolio keyfiyyəti üçün risk faktorlarını davamlı olaraq təhlil etmək, bu barədə aylıq hesabatlar hazırlamaq və birbaşa rəhbərliyə hesabat vermək.
  • Daim komanda işinin keyfiyyətini yaxşılaşdırmaq üçün mexanizmlər qurmaq və onların funksionallığına cavabdeh olmaq (monitorinq, KPI-lərin təyin edilməsi, müntəzəm diqqətin saxlanması, təşviq mexanizmləri və s.).
  • Komandanın KPI-lərini (Əsas Performans Göstəriciləri) daim nəzərdən keçirmək, lazım olduqda göstəricilərə düzəliş və əlavə etmək və onları təşkilat məqsədləri ilə uyğunlaşdırmaq.
  • Birbaşa menecerə mövcud yığım prosesləri, siyasətlər və prosedurlarında təkmilləşdirmələr təklif etmək və yeni konsepsiyaların həyata keçirilməsinə dəstək göstərmək.
  • Potensial müştəriləri və imkanları effektiv şəkildə saxlamaq üçün həm fərdi, həm də komanda ilə fəaliyyət planları hazırlamaq.
  • Mərkəzləşdirilmiş yığım siyasətlərini, təlimatları və proses sxemlərini hazırlamaq, nəzərdən keçirmək və təkmilləşdirmək; işçilərə aydın təlimatlar vermək və diqqəti müştəri təcrübəsinin və xidmətin effektivliyinin artırılmasına yönəltmək.
  • Məhsul və xidmətlərin çatdırılması proseslərini davamlı olaraq nəzərdən keçirmək, proseslərin mərkəzləşdirilmiş şəkildə yenidən təşkili üçün imkanlardan istifadə etmək və prosesin bütövlüyünü artırmaq, riskləri azaltmaq və tənzimləyicilərə uyğunluğu qorumaq üçün xərclərin və səylərin optimallaşdırılması.
  • Daha geniş və daha yaxşı müştəri bazası ilə filialdan kənarda maliyyə xidmətləri planı üçün alternativ həllər tapmaq və bu həlləri digər xidmət göstərmə kanalları vasitəsilə həyata keçirmək.
  • Daxili audit hesabatlarına cavab verməkdə birbaşa menecerə kömək etmək;

Tələb olunan bacarıqlar:

  • Analitik - Mürəkkəb və ya fərqli məlumatları sintez etmək; Məlumatları toplamaq və araşdırmaq; Məlumatları tamamlamaq üçün intuisiya və təcrübədən istifadə etmək; İş qrafikləri və qaydaları hazırlamaq.
  • Problem Həlledicilik - Problemləri müəyyənləşdirmək və vaxtında həll etmək; Məlumatları ustalıqla toplamaq və təhlil etmək; Alternativ həll yolları yaratmaq; Qrup şəklində problemlərin həll edilməsi prosesində yaxından iştirak etmək; Hətta emosional mövzularla məşğul olduqda belə məntiqlə hərəkət etmək.
  • Texniki Bacarıqlar - Güclü və zəif nöqtələrimizi qiymətləndirmək; Təlim və inkişaf imkanlarından istifadə etmək; Mütəmadi olaraq yeni bilik və bacarıqlar əldə etməyə çalışmaq; Sahib olduğunuz biliyi digərləri ilə bölüşmək.
  • Müştəri Xidmətləri - Mürəkkəb və ya emosional müştəri vəziyyətlərini idarə etmək; Müştərilərin ehtiyaclarına dərhal cavab vermək; Xidmətin səviyyəsini artırmaq üçün müştərilərin rəylərini almaq; Xidmət və yardım üçün edilən tələblərə cavab vermək; Öhdəlikləri yerinə yetirmək.
  • İş haqqında bilik: Tutduğu vəzifə ilə əlaqəli vəzifə və öhdəlikləri ardıcıl olaraq, səmərəli və dəqiq şəkildə yerinə yetirmək; vəzifə və öhdəlikləri yerinə yetirmək üçün rəsmi təlim və ya geniş iş təcrübəsi ilə əldə edilmiş bilikləri aydın şəkildə başa düşmək və onlardan istifadə etmək; işlə bağlı texniki məlumatlarla işləməkdə, onları başa düşməkdə və qiymətləndirməkdə effektiv olmaq.
  • İnsanların idarə edilməsi - İşçi heyəti planlaşdırma, qərar qəbul etmək, prosesin asanlaşdırılması və inkişaf etdirilməsi mərhələlərinə cəlb etmək; tabeliyində olan işçilərin fəaliyyətləri üçün cavabdehlik daşımaq; işçi heyətlə daim əlaqədə olmaq; mütəmadi olaraq fəaliyyət səmərəliliyi barədə rəylər vermək; tabeliyində olan işçilərin bacarıqlarını inkişaf etdirmək və onları inkişafa təşviq etmək; müştəri rəylərini (daxili və xarici) almaq və onları tətbiq etmək; digərlərində keyfiyyətə diqqəti artırmaq; prosesləri, məhsulları və xidmətləri təkmilləşdirmək; nəzarət bacarıqlarını inkişaf etdirmək üçün davamlı olaraq çalışmaq.
  • Planlaşdırma/təşkilatçılıq - İş fəaliyyətlərini prioritetləşdirmək və planlaşdırmaq; Vaxtdan səmərəli şəkildə istifadə etmək; Əlavə resurslar üçün planlar hazırlamaq; Hədəf və məqsədlər qoymaq; Digər insanları və onların tapşırıqlarını təşkil etmək və ya planlaşdırmaq; Real fəaliyyət planları hazırlamaq.
  • Performans səmərəliliyi - Qərarların nəticələrini başa düşmək
  • Əlaqə - Məlumatı həm yazılı, həm də şifahi formatda bütün əsas maraqlı tərəflərə çatdırmaq; müvafiq əlaqə kanallarını müəyyənləşdirmək və onlardan istifadə etmək; toplanmış məlumatlardan faydalı nəticələr çıxarmaq; fəal dinləmə üsulundan istifadə etmək; təqdimatlar hazırlamaq və onları təqdim etmək.
  • Dəyişikliklərin idarə edilməsi - dəyişikliklər və gedişat barədə effektiv şəkildə məlumat vermək; öhdəliklər qoymaq və müqavimətin öhdəsindən gəlmək; dəyişikliklərdən təsirlənən şəxsləri hazırlamaq və onlara dəstək göstərmək; keçid prosesinə nəzarət etmək və nəticələri qiymətləndirmək

Tələb olunan xüsusiyyətlər

  • Ümumi yığım prosesi və prosedurları haqqında məlumatlı olmaq və işləmək bacarığı
  • Kredit məhsulları, kredit siyasəti və prosedurları haqqında məlumatlı olmaq
  • Portfelin keyfiyyətini ölçmək, təhlil etmək və proqnozlaşdırmaq bacarığı.
  • Portfel riski üçün hesabatlılıq yaratmaq bacarığı.
  • Hesabat üçün avtomatlaşdırma həlləri təklif etmək bacarığı.
  • Əla ünsiyyət bacarıqlarına sahib olmaq və aktiv dinləyici olmaq
  • İnovativlik bacarığı
  • Komandada işləmək və komandanı idarə etmək bacarığı
  • Yüksək analitik, təşkilatçılıq və idarəetmə bacarıqları

Təhsil və təcrübə

  • Maliyyə, İqtisadiyyat, Hüquq və digər müvafiq sahələr üzrə bakalavr dərəcəsi;
  • Pröblemli kreditlər sahəsində ən azı 5 il, çağrı mərkəzi əsasında yığım üzrə ən azı 2 il təcrübəsi olanlara üstünlük verilir. Kredit sahəsində təcrübəsi olanlara üstünlük verilir.
  • Xüsusilə yığım üzrə minimum 2 il təcrübə və heyətin idarə olunması ilə bağlı ən azı 4 il ümumi idarəetmə təcrübəsi.

Dil bilikləri

  • Səlis Azərbaycan dili(şifahi və yazılı).
  • İngilis dili biliyi (B1-C1).

Komputer bacariqlari

  • Microsoft Office, əsas bank proqramları və proseslərin idarə edilməsi alətlərində qabaqcıl bacarıqlar.

Səyahət tələbləri

  • Səyahət etmək imkanı – ehtiyac olduğu təqdirdə
  • Daily0
  • Weekly425
  • Monthly2057